RU
Facebook
// EKSPERT ŞURASI
Rəşad Mehdiyev

Fotoqrafiya
QHT sədri





Qiymət VERMƏDİYİNİZ kateqoriyalar :


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR


Tam qiymət VERMƏDİYİNİZ kateqoriyalar :



Qiymət verdiyiniz resurslar :

// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azstand     4 4 3


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
its.gov.az     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
e-Customs     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Dövlət Gömrük Komitəsi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azərbaycan Respublikasının Ali Məhkəməsi     5 4 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı     5 4 4


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
"ABAD" publik hüquqi şəxs     5 5 3


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azstand     3 3 3


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Dövlət Məşğulluq Agentliyi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi     5 5 5


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları     4 4 3


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti     5 5 2


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Competition     3 2 2


// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi     2 2 2


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
"Mənzil 111" kanalı     4 4 3


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Story.1az     5 4 3


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Elulaeng     3 3 3


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Qadinkimi saytı     4 3 2


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Initiativs Azerbaijan     2 2 1


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Gələcəyi Yazanlar     3 2 1


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
OWASP BAKU     1 1 1


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Üzləşmə (Podkast)     5 5 5


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Şəki təqvimi     4 2 2


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Corpowid Rəqəmsal Müyəssərlik Həlləri     4 4 4


// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Bacararsan.az     2 2 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
SABAH.HUB     5 5 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
BIRAİNY MMC     5 5 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Global Management     5 5 5


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AzInCloud     4 3 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Tripocell     5 4 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
FA Company - HoReCa xidmeti     4 2 2


// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Technovate-Sabah Angel Investors Club     4 4 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
All in One Technologies     3 3 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Baku Prod     4 4 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
TEORIA     3 3 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Okmedia     5 4 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
WOX.az Webde Operativ Xidmət     4 3 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
MyContact rəqəmsal vizit kart     5 3 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Aspen Group korporativ sayt     3 3 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Vhstudio Veb Agentlik     3 3 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Fikir Coworking     4 3 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Sharaf Media reklam agentliyi     4 3 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
BERC&Partners     4 3 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Business by Umico     4 4 3


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AzərTərcümə - peşəkar tərcümə xidmətləri     3 2 2


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AZSAFFRON     5 5 4


// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Novex Group     4 4 3


// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
SABAH.HUB     4 4 3


// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Marketing Talks     5 5 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Parabokt.az     4 3 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
MUHASIB.AZ     4 4 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi     4 3 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Sizinlombard.az     3 3 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Billing and Collection     3 3 3


// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
BİNA HESABI     4 3 2


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Hilal Abdullayeva     5 4 4


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Shams.nuray (Travel influencer)     4 3 3


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
İZ Azərbaycan     5 5 5


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Səyahət blogu     5 5 5


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Osmansoy səhifəsi     5 3 4


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
huseynmammadsalahov     5 5 5


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Turizm Blogerləri Assosiasiyası     5 3 3


// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azer Garib Personal blog     5 4 5


// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar     4 4 4


// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Baku TV     5 5 5


// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Baku.ws     5 5 5


// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Vüsal Məmmədzadə YouTube kanalı     5 5 5



ŞƏRHLƏR

Azstand
Saytın fonu bozdur və bir az boğucudur. Eyni zamanda əsas səhifədə slayderdə fotolar arxa fondadır və üzərində digər bölmələrin ikonları vardır. Xəbərlər bölməsində tarix qeyd olunub. Azərbaycan dilinin qrammatikasında təqvim ayları balaca hərflərlə yazılır və aydan sonra vergül olmur. Bu ingilis versiyası üçün məqbuldur. Əsas səhifədə yuxarı dairədə düymələrdə (button) yazılar və şriflər bir cür, digər səhifələrə keçdikdə isə fərqli düymələr və fərqli ölçülər. Saytın müxtəlif yerlərində şrift növləri də fərqlidir. Ümumi bir font qəbul olunmayıb.

Competition
Sayt çox sadədir. Əsas səhifədə səhifənin xeyli hissəsini valyuta məzənnəsi tutur. Faydalı linklər hissəsində bütün veb-saytlarda keçid kiçik banerlə də əks olunur. Amma burada sadəcə link şəklində yerləşdirilib və diqqəti cəlb etmir. Saytın xəritəsi aşağıda çox uzundur. Həmin hissəni 5 bərabər hissəyə bölməklə aşağıdakı bölmələr də sağ tərəfdə yerləşə bilən və görünüş baxımından da gözəl gösrsənər. Tarixlər əvvəlcə ay, sonra gün və daha il qeyd olunub. Ay və gündən sonra vergül qoyulub. Azərbaycan dilinin qrammatikasına görə ayların yazılışı gün, ay və il kimi olur. Təqvim ayı bildirən ayların adları isə kiçik hərflə yazılır. Ən aşağıda Bütün hüquqlar qorunur 2021 yazılıb. Daha doğru olardı 2021-2024 yazılsın. Rus və ingilis versiyalarında xəbərlər bölməsində məlumatlar 2022-ci ildən yenilənmir. Digər çatışmazlıqları isə həmkarlarım qeyd ediblər.

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi
Əsas səhifədə sanki slayder var amma yalnız bir şəkil var fonda. Ancaq slayderin oxları qeyd görsənir. İnstitut bölməsində ilk şəkildə binanın fotosu var. Foto da isə bayraq dirəkləri var ki, bayraqlar ortada asılıb. Hiss olunur ki, foto çəkilən zaman küləkli hava olub. Lakin bu əsas vermir ki, dövlət bayrağı yarı endirilmiş şəkildə çəkilib dövlət qurumunun saytında yer alsın. Rica edirəm bu yalnışlıq deyək aradan qaldırılsın. Foto və video qalereya 2022-ci ildən sonra yenilənməyib. İngilis və rus versiyalarında əsas səhifələr Azərbaycan dilindədir.

its.gov.az
Əsas səhifədə rəng tonları gözəldir, insanı və gözləri yormur. Haqqımızda bölməsində məlumatlar yaxşıdır lakin fotolar uyğunluq təşkil etmir. Belə ki, həmin fotolar daha çox göstərilən xidmətləri özündə ehtiva edir. Ona görə həmin fotolar başqa bölmədə olsa və həmin səhifədə agentliyin loqosu yer alması daha uyğun olardı. Xidmətlər Zərfi bölməsində ödənişli xidmətlərin qiymətləri sadəcə olaraq rəqəm ilə qeyd olunub. Azərbaycan dilində daxil olan şəslər bilir ki bu AZN ilə qeyd olunub. Lakin ingilis versiyasına daxil olan xarici bunu avro və ya dollar kimi də qəbul edə bilər. Ona görə AZN yazılması da yaxşı olardı. Elanlar bölməsində şəkillərdə İ hərfi itir. Dizayner buna baxsa və posterləri uyğun ölçüdə hazırlasa gözəl görsənər. E-tebib proqramını saytdan yükləmək üçün link də olsaydı daha rahat olar.

Dövlət Gömrük Komitəsi
Əsas səhifədə Menyu hissəsində kateqoriya adları balaca şriflə qeyd olunub, lakin sağ tərəfdə şəxsi kabinet, dil bölümü və axtarış daha iri şriflə. Hamısı eyni ölçüdə olması daha yaxşıdır. Ümumi saytda bəzi yerlərdə şriflərin ölçüsü həddən artıq çoxdur, bəzi yerlərdə isə çox kiçik. Çox iri hissələrdəki şrift ölçülərini bir az balaca, balaca şriflər isə bir az böyütmək olar. Xəbərlər bölməsində təqvim aylarının adları kiçik hərflə yazılmalıdır. Xəbərin başlığı iri şriftlədir, xəbərin mətni kiçik şriftlə. Baxmayaraq ki, yer var amma cümlələr yarımçıq kəsilir. Ümumiyyətlə yalnız başlığın qalması daha yaxşıdır. Sayt mütəmadi yenilənir və məlumatlar da boldur.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı
Sayt normaldır. Mavi rəng insanı və gğzləri dincəldən rəngdir. Sadəcə bu saytda həmin rəngin ən sərt olan tonunu seçiblər ona görə də həm fon rəngində, həm də yazılardakı mavi rəng insanın gözünü çox yorur. bu rəngin tonunu dəyişmək olsa tam əla olar. Lakin ingilis versiyasında məlumatlar Azərbaycan dilindədir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Facebook səhifəsi mütəmadi olunaraq yenilənir və müəyyən sayda layklar da gəlir. Lakin şikayət və müraciətlərin çox hissəsi cavabsız qalır.

Azstand
Əslində link düzgün qeyd olunmadığı üçün münsiflər haqlı olaraq aşağı bal vermək hüququna malikdilər. Lakin araşdırmadan sonra düzgün linki özümüz tapdıq və səhifəni izlədik.

Dövlət Məşğulluq Agentliyi
İnstaqram səhifəsi aktivdir və posterlərin çox olması rəngarənglik verir. Amma əsas məsələ həm də izləyicilərlə bağlıdır ki, verilən suallara cavablar verilir.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
Səhifə aktivdir. Lakin qurumun öz xəbərlərindən əlavə digər paylaşımlar da daha çoxdur. Əsasən Nazirliyin xəbərləri paylaşılır. Nazirlik üst qurum olduğu üçün digər alt qurumların paylaşımlarını öz saytında və səhifəsində etməsi anlaşılandır. Ancaq hər bir alt qurum öz gördüyü işləri paylaşanda izləyici üçün də rahat olur. Çünki həmin o məlumatları Nazirliyin səhifəsinə də daxil olub oxuma imkanı var. Eyni zamanda bəzi suallar da cavabsız qalmışdı.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi
Qurumun əhatə dairəsi geniş olduğu üçün səhifədə aktivdir və mütəmadi məlumatlar paylaşılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Səhifə mütəmadi olaraq yenilənir və izləyicilərin sualları da cavablandırılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Səhifə aktivdir, verilən suallar da cavablandırılır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
Ümumi görünüş yaxşıdır. Lakin Nazirliyin digər bir qurumunun saytında mavi rənglərdən istifadə edilib. Burda da mavi rəngin tonu tünd olduğu üçün gözü yorur. Rəng tonunun bir az açıq etməklə göz üçün daha rahat olar. Dil düyməsinə sıxan zaman digər dillər yoxdur. ona görə həmin düymənin qalması məntiqsiz görünür. Gələcəkdə digər dillər olsa o zaman həmin düyməni bərpa etmək olar. Sayt mütəmadi yenilənir və bol məlumatlar var.

e-Customs
Saytın dizaynı, şriftləri rəngləri yaxşıdır. İnsanı çox yormur. Məlumatlar çoxdur, bütün bölümlər də işləyir. 3 dildə fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi
Sayt sadədir və dizaynı da rahatdır. Nəzərə alsaq ki, məhkəmə saytıdır, amma sayt mütəmadi olaraq yenilənir, xəbərlər, elanlar yerləşdirilir.

"ABAD" publik hüquqi şəxs
Saytın dizaynı rəngarəngdir, əsasən əsas səhifədə bu hiss olunur. Lakin saytın digər bölmələri və səhifələri gec yüklənir.

Gələcəyi Yazanlar
Bir səhifədən ibarət veb-səhifədir. Düymələr işləmir, digər bölmələrə də keçid etmək olmur.

Initiativs Azerbaijan
Vebsayt yox bloq demək olar bu platformaya. Yalnız ingilis dilindədir. Bölmələrə keçən zaman isə xəbərlərdə şəkillər, əsasən şirkətlərin loqoları kəsilir.

Elulaeng
Sayt rus dilindədir. Saytın əsas səhifəsi bir az çox qarışıqdır. Öncə elə bilirsən ki, xarici bir saytdır. Xidmət sferasına aid bir sayt olsa da, lakin Azərbaycan dilində kontentin olmaması inanda çaşqınlıq yaradırş Lakin əlaqə bölməsinə keçən zaman təşkilatın Bakıda yerləşdiyini görmək olur.

Qadinkimi saytı
Sadə bir saytdır. Fon rənginin bənövşəyi rəngdə olması normaldır. Lakin başlıqlarda bu rənglər uyğunluq gətirmir. Həm də müxtəlif şriftlərdən istifadə olunub.

Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
Sayta daxil olan kimi birinci rus dili versiyası açılır. Əsas səhifəsi maraqlı və rəngarəngdir. Dizaynı da sadədir, yaxşıdır. Komandamız bölməsində adlar Azərbaycan dilində, vəzifələr isə ingiliscə qeyd olunub.

Bacararsan.az
Saytda məlumatlar azdır. Məlumatlar isə 2020-2021-ci illərə aiddir.

OWASP BAKU
Linkə daxil olanda xarici bir sayt açılır və orada bir səhifə kimi qeydlər var. Yazıda qeyd olunan Youtub kanalında isə cəmi iki video var ki, onlar da 1 il öncə yüklənib.

Story.1az
Yaxşı ideyadır. Adı da maraqlıdır. Lakin təəssüflər olsun ki, son bir ildə çox az məlumat yerləşdirilib.

Şəki təqvimi
Sadəcə olaraq məlumatda qeyd edildiyi kimi, Şəkiyə aid olan saytların linkləri paylaşılır. Ancaq həmin saytlarda olan xəbərləri mətn kimi paylaşmaq daha yaxşı olardı.

"Mənzil 111" kanalı
Yaxşı ideyadır. Amma kanal uzun illərdir yaradılsa da son 9 ayda yeni videolar yüklənməyib. Son 12 gündə artıq videolar yüklənir. Bu səbəbdən də baxış sayları çox aşağıdır.

Üzləşmə (Podkast)
Maraqlı kanaldır. Qonaqlar da uğurla seçilir. Baxmayaraq ki, əksəriyyət videolarda baxış sayı azdır, lakin 100 min baxışı örən videolar da az deyil. Videolara qoyulan başlıqlar da axtarış zamanı kanalın tapılmasına kömək edir.

BİNA HESABI
Sayt bir səhifədən ibarət olan veb-səhifədir. Sadəcə məlumat xarakterlidir, hər hansı funksiyaları yoxdur. Daxil düyməsinə daxil olduqda isə başqa bir səhifə açılır ki, həmin səhifədə də heç bir əməliyyat etmək olmur.

FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi
Ödəniş sistemi olan saytlardan biridir. Əsas səhifəsi sadədir və yaşıl elementlər yaxşıdır. Amma qeyd olunduğu kimi sadəd dizayndır. Əlavələr və bannerlər olsa daha cəlbedici olar. Əlaqə bölməsində isə şəhər və ölkə adı ingiliscə yazılsa da, tam ünvan qeyd olunmayıb.

MUHASIB.AZ
Sadə və qarışıq bir dizayn vardır. Əsas səhifəni yeniləmək və daha yaxşı üslübda çatdırmaq olar. Yazı şrifləri, əsasən də xəbər başlıqlarında çox xırdadır və mavi rəngli başlıqla adamın gözünü yorur. Yenilənməyə ehtiyac var. Lakin məlumat xarakterli bir sayt olduğu üçün ideya və məzmun yaxşıdır.

Billing and Collection
Sayt bir səhifədən ibarət veb-səhifədir. Sadə bir dizayndır. Bütün məlumatlar bir səhifədə qeyd olunub. Xidmət saytı olduğu üçün xidmətlər haqqında daha çox məlumat, videolar olsaydı daha yaxşı olardı. Aşağıda Əlaqəyə keçin hissəsində xanalarda e-poşt yazılıb.

Parabokt.az
Sayta daxil olarkən təhlükəsizliyi yoxlayır. Sadə dizaynda olan saytdır. Əsas səhifədə olan rənglər insanı yormur. Kredit kalkulyatoru hissəsində olan rəqəmlər bir az aşağı ölçüdə olsa yaxşı oalrdı. Lakin xəbərlər bölməsində xəbərlər, məlumatlar gec-gec yenilənir. Daha çox maarifləndirici məlumatlar olsa yaxşı olar.

Sizinlombard.az
Sadə bir dizaynda olan saytdır. Əsas səhifədə ara boşluqları çoxdur. Ancaq məlumatlar çox azdır. Bannerlərin, ikonların ölçüləri böyükdür, yazılar isə azdır. Blog bölmədə isə yalnız ümumi qızıl ilə bağlı məlumatlardır. Şirkətin öz xəbərləri yoxdur.

Technovate-Sabah Angel Investors Club
Paylaşılan məlumatların bəziləri iki dildə, bəziləri isə yalnız ingilis dilindədir.

SABAH.HUB
İdeya yaxşıdır. Lakin posterlər yalnız ingilis dilindədir. Posterin şərh bölməsində isə iki dildə məlumatlar qeyd olunub. Posterlərin də iki dildə hazırlanması məqsədəuyğun olardı.

Marketing Talks
Kanalın mövzusu Marketing Talks-dur. Linkə daxil olanda başqa bir kanala daxil olduğumu zənn etdim. Sonra yenidən baxandan sonra düzgün linkə daxil olduğumu gördüm. Açıqlamada ana dilimizdə qeyd olunub, lakin kanalın adı rus dilində, kanalda haqqında bölməsində rus dilində qeyd olunub. Videolara gəlincə isə maraqlı kontentdir.

MyContact rəqəmsal vizit kart
Sadə bir saytdır. Ancaq ə hərfləri seçilir. Daha uyğun font seçilsə yaxşı olar. Şəxsi kabinetə daxil olarkən açılan pəncərə ingilis dilindədir. Gərək ordan Azərbaycan dilini seçəsən. Mediada biz linklərinə daxil olanda həmin səhifədə açılır. Yeni pəncərədə açılması məsləhətdir. Bloqda da ə hərfləri fərqlənir. Təqvim ayları da ingilis dilində qeyd olunub.

BERC&Partners
Saytın dizaynındakı mavi rəng adamın gözlərini yorur. Məlumatlar faydalı olsa da fon rənginə görə ziyarətçini çox yorur.

Global Management
Dinamik saytdır, çox da yorucu deyil. Lakin menyu bölməsində şriftlərin ölçüsü həddən iridir.

Tripocell
Sayt sadədir və rahatdır. Lakin Dəstəkləyən cihazlar hissəsində uzun siyahı verilib. Onu kompatlaşdırmaq olar. Ümumiyyətlə ideya əladır.

AzInCloud
Header hissəsi çox böyükdür. salyder ilə aşaöı düşən zaman Header hissə monitorun xeyli hissəsini tutur. Haqqımızda bölməsində çəkillər çox iridir, məlumatlar isə azdır. Məhsul və Xidmətlər bölməsində linklər yoxdur. Xəbərlər bölməsində bir xəbər vardır.

BIRAİNY MMC
Sayt sadə və rahatdır. Lakin əsas səhifədəki bölmələr və yazılar sanki dartılıb. Təqvim aylar ingiliscə qeyd olunub.

All in One Technologies
Sayt çox qarışıqdır. Qara fon isə gözləri çox yorur. Bəzi yerlərdə ağ yazılar şəkillərin üzərində yaxşı oxunmur. Başlıqlarda font ölçüləri bir az iridir.

SABAH.HUB
Sayta daxil olan kimi birinci ingilis dili versiyası açılır. Əsas səhifə dinamikdir. Lakin flash bir backround əsas səhifəni ağır çalışdırır. Digər səhifələr qara fon gözü yorur. Qara fona hər hansı ornamentlər əlavə olunsa yaxşı olar.

Okmedia
Sayt veb-saytların hazırlanması ilə məşğul olur. Dizayn yaxşı və sadədir. Rəng tonları da qaydasındadır. Lakin əsas səhifədə bəzi yerlərdə bölmələr iri-iridir və saytın uzunluğunu da çox edir. Daha qısa bölmələr olsa yaxşıdır. Həmçinin qalib gələn saytlara birbaşa keçirdlər yoxdur. Domain adını kopyalayıb özün yeni pəncədə daxil olmalısan.

WOX.az Webde Operativ Xidmət
Veb saytların hazırlanması ilə məşğul olan bir sayt üçün öz saytında bəzi yeniliklər olsa yaxşı olar. Standart fontlar yoxdur. Hər hissədə müxtəlif fontlara rast gəlinir. Şirkət olan bölmədəki alt bölmələrdə yalnız mətnlərdir. Orada fotolar da olsa yaxşı olar. Ünvan qeyd edilməyib. Bir də bəzi yerlərdə qrammatik səhvlər var.

TEORIA
Əsas səhifəyə daxil olanda ağır işləyir. Qara fon gözü çox yorur. Fon üzrərində hər hansı ornamentlər olsa yaxşı olardı. Digər dillərdə əsas səhifəyə qayıtmaq üçün loqonun üzərinə vuranda Azərbaycan dili versiyasına qayıdır. Düzəlişlərə ehtiyac var.

Aspen Group korporativ sayt
Əsas səhifə bir az yorucudur. Xəbərlər 2 il öncə yerləşdirilib. Xəbərlərə daxil olanda heş bir xəbər açılmır. Footer hissəsi də çox qarışıqdır.

Business by Umico
Yuxarıda telefon nömrəsi 3 sətirə bölünüb. Xidmətlərin faiz dərəcəsi hissəsində ikonlar açılmır. Sadə bir saytdır.

Vhstudio Veb Agentlik
Sayta daxil olan zaman ingilis dili versiyasına daxil olur. Qrammatik səhvlər var. Bəzi yerlərdə Azərbaycan dili ilə ingilis dili qarışıb.

Baku Prod
Sayt çox ağır işləyir.

Fikir Coworking
Sayta daxil olan kimi ingilis dili versiyası açılır. Saytın xəritəsi bölməsi işləmir. Qara tonlar başqa rənglə əvəzlənsə daha yaxşı olar.

Sharaf Media reklam agentliyi
Bəzi yerlərdə qrammatik səhvlər vardır. Şirkətin gördüyü işlər barədə daha geniş məlumat vermələri daha yaxşı olardı.

AzərTərcümə - peşəkar tərcümə xidmətləri
Bəsit bir sayt. Footer hissədə loqo png formatında olmadığı üçün qara fonda ağ kənarlar hiss olunur. Yenə də footer hissədə sosial şəbəkələr gösrsənmir. Professional sözü Peşəkar sözü ilə əvəzlənsə daha məqsədəuyğundur. Fotoşəkillər isə internetdən götürülüb. Daha yaxşı olardı tərcüməçilərdən ibarət komandanın fotoları olsun.

FA Company - HoReCa xidmeti
Sadə, bir səhifədən ibarət saytdır. Əlavə məlumatların yerləşdirilməsinə ehtiyac duyulur.

AZSAFFRON
Sayta daxil olan zaman ingilis dili versiyasına yönlənir. Tünd qara rəng adamın gözlərini yorur. Yaxşı oalrdı ki, qara fonun üzərində zəfəran naxışlarından ibarət ornamentlər olsun. O zaman saytın fonu daha uğurlu olar.

Novex Group
Sayta daxil olan zaman ingilis versiyasına keçir. Digər bölmələrə keçid gec edir. Xəbərlər bölməsində məlumatlar gec yenilənir.

Baku TV
Media qurumunun tiktok kanalıdır. Mütəmadi olaraq yenilənir.

Baku.ws
Xəbər portalının instagram səhifəsidir. Mütəmadi yenilənir.

Vüsal Məmmədzadə YouTube kanalı
Maraqlı kontentdir.

Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar
Maraqlı məlumatlar paylaşılır. Lakin kanalın adı ilə, kanalın link adı və profil fotosu uyğunsuzluq təşkil edir. Çünki kanalda bütün Azərbaycan haqqında tarixi məlumatlar yer alır, ancaq profil fotosunda sırf müəyyən bir xanlığa aid.

Osmansoy səhifəsi
Maraqlı səhifədir. Amma bəzən şirkətlər də reklam olunur.

Səyahət blogu
İradə Qədirova həmkarım olsa da, lakin bir münsif kimi qiymət verməliyəm. Həqiqətən də uğurlu səyyah-fotoqraf bloqudur. Maraqlı məlumatlar paylaşılır.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
700-dən çox paylaşım olsa da, amma çoxu birgə paylaşımlardır.

huseynmammadsalahov
Maraqlı səhifədir. İzləyicilərin adi şərhlərinə belə reaksiya verilir.

Hilal Abdullayeva
Maraqlı kontentdir. Lakin videoların üzərində tur və qiymətlər qeyd olunur.

İZ Azərbaycan
Ölkənin turizminin tanıdılması istiqamətində maraqlı səhifədir.

Shams.nuray (Travel influencer)
Bəzən şəxsi fotolar paylaşılır, bəzən isə posterlər. yaxşı olardı ki, hamısı bir stilistika üzrə gedərdi. Həm şəxsi fotolar və posterlər dizayn olunmuş poster üzərində paylaşılardı.



// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ PARTNYOR
INFORMASIYA TƏRƏFDAŞLARI
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY