RU
Facebook
// SUAL - CAVAB
NETTY-DƏ HANSI LAYİHƏLƏR İŞTİRAKÇI OLA BİLƏR?
Müsabiqədə iştirak üçün aşağıdakı şəxslər müraciət edə bilər:
  • Veb sayt sahibləri, müəllifləri və yaradıcıları.
  • Android və İOS üçün mobil tətbiqlərin tərtibatçıları və sahibləri
  • Instagram, YouTube, Facebook, Dzen, Telegram, Twitter sosial şəbəkələrində administratorlar, səhifə və kanalların müəllifləri və s.
  • MÜSABİQƏ HANSI NOMINASİYALARDA KEÇİRİLİR?
    Cari siyahı ilə və onların təsviri ilə “Nominasiyalar” bölməsində tanış olmaq olar.
    NETTY NOMINASIYALARININ HƏR BİRİNDƏ NƏ QƏDƏR QALİB OLA BİLƏR?
    Hər nominasiyada iştirakçı saytlar arasında Ekspert Şurası tərəfindən seçilən namizədlər arasından bir qalib, biri təqdim olunmuş tətbiqlər arasından, biri isə nominasiyada iştirak edən sosial şəbəkələr üzrə müəyyən edilir.
    ƏRİZƏNİN VERİLMƏ QAYDASI?
    Müraciət etmək üçün https://www.netty.az/az/registration ünvanında olan formanı doldurmalısınız. Nominasiyaların seçimi və ərizə formatı formanın açılan menyularında seçilə bilər. Bu forma sahələri saytın, tətbiqin və ya sosial səhifənin müraciət etməsindən asılı olaraq dəyişir. Bütün tələb olunan sahələr mümkün qədər düzgün doldurulmalıdır. İştirakçının öz təqdim etdiyi məlumatları düzəltmək imkanı yoxdur.

    Formanı doldurduqdan sonra bir dəfə “Göndər” düyməsini sıxmalı və ərizəni göndərib əsas səhifəyə qayıtdıqdan sonra e-poçtunuzu yoxlamalısınız.

    Qeydiyyat zamanı ərizəni doldurarkən göstərdiyiniz e-poçt ünvanına üç məktub almalısınız. Birinci məktub «NETTY Form Submission --- Confirmation» - burada iştirakçı öz e-poçt ünvanını təsdiq etməlidir.

    İkinci məktub «NETTY Registration» e-poçtunuzun yoxlanıldığını və ərizənin baxılmaq üçün qəbul edildiyini təsdiqləyir.

    Üçüncü məktub «NETTY Final Activation Payment» ərizənizin təsdiqləndiyini və sizin tərəfinizdən ödəniş gözlədiyini təsdiqləyir, bu məktubda həmçinin qeydiyyat üçün ödəniş etmək üçün keçid var. Onlayn ödəniş etdikdən sonra ərizə avtomatik olaraq qeydiyyat zamanı elan edilmiş nominasiya iştirakçılarının siyahısında və onun alt kateqoriyasında görünür.

    Ərizə iştirak üçün qəbul edilmədikdə, müvafiq imtina məktubu da alınır.

    Formanı doldurarkən hər hansı bir problem yaranarsa və ya 48 saat ərzində məktub gəlməzsə, info@netty.az elektron poçt ünvanı və ya müsabiqənin veb saytında onlayn çat vasitəsilə təşkilat komitəsi ilə əlaqə saxlayın.
    “NETTY” MÜSABİQƏSİNDƏ İŞTİRAK MƏNƏ NƏ VERƏCƏK?
    Müsabiqənin Ekspert Şurasından alınan tövsiyələr mükafat iştirakçıları üçün xüsusilə faydalı olacaqdır. Namizədlərin seçilməsi prosesində Ekspert Şurasının üzvləri ideya, məzmun, icra kimi meyarlara görə qiymətləndirməklə yanaşı, iştirakçıların layihələri ilə bağlı ekspert rəyləriini də verəcəklər. Ekspertlərin praktiki məsləhətləri və tövsiyələri hər bir iştirakçı üçün faydalı olacaq və layihələrini daha yaxşı etməyə kömək edəcək.
    Böyük İnternet auditoriyasının diqqəti, mediada qeyd olunması, müsabiqə partnyorlarından müxtəlif mükafatlar və hədiyyələr.
    Növbəti müsabiqədən əvvəlki il ərzində iştirakçının resursu qeydiyyat zamanı seçilmiş kateqoriya üzrə mükafat iştirakçılarının kataloqunda istifadəçi üçün əlçatan olacaq.
    Mükafatın hər bir namizədi diplom alır, qalib isə milli İnternet seqmentinin ən yaxşı nümayəndələrinə verilən əfsanəvi NETTY mükafatını alır. NETTY-nin qalibi avtomatik olaraq yerli İnternet tarixinə düşəcək.
    SAYTIM NETTY-DƏ İŞTİRAK ETMƏK ÜÇÜN QƏBUL OLUNUB, MƏN RESURSUMDA İŞTİRAKÇI DÜYMƏSİNİ YERLƏŞƏ BİLƏRƏM? ONU HARADAN ALMAQ OLAR?
    Bəli, əgər saytınız müsabiqənin iştirakçısıdırsa, resursunuza müsabiqə iştirakçısı nişanı yerləşdirə bilərsiniz.
    Düymə üçün keçid: https://www.netty.az/
    Düymə faylı:
    MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÖDƏNİŞLİDİR?
    Müsabiqə boyunca bütün əsas nominasiyalar üzrə iştirak ödənişlidir.
    İştirak haqqı:
    • Müsabiqənin əvvəlində (güzəşt müddəti – qeydiyyatın başlanmasından etibarən ilk 5 təqvim günü) - 5 AZN
    • Əsas müddət - 20 AZN
    • Qeydiyyatın yekunlaşmasına qədər 1 təqvim günü - 100 AZN.
    Resursların ərizələrinə ümumi əsaslarla baxılır. Ödəniş yalnız təşkilat komitəsi tərəfindən qeydiyyat təsdiq edildikdən sonra həyata keçirilir.
    QEYDİYYAT HAQQI NƏ ÜÇÜN ÖDƏNİLİR?
    Qeydiyyat üçün ödəniş müsabiqədə seçim prosesinin təşkilinə, müsabiqə iştirakçıları haqqında ictimaiyyəti məlumatlandırmağa, müsabiqənin yekun mükafatlandırma mərasiminə sərf olunur.
    MƏN- AZƏRBAYCANLIYAM, LAKİN AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞI DEYİLƏM. MÜSABİQƏDƏ İŞTİRAK EDƏ BİLƏRƏMMİ?
    Bəli, təqdim etdiyiniz ərizənin tərkibi bu və ya digər halda Azərbaycanla bağlıdırsa iştirak edə bilərsiniz.
    MƏNİM BİR NEÇƏ ƏRİZƏM VAR. ONLARIN HAMISINI MÜSABİQƏYƏ TƏQDİM EDƏ BİLƏRƏM?
    Ərizələrin hamısı qeydiyyat şərtlərinə cavab verdiyi halda bəli.
    MƏN BİR KATEQORİYA ÜZRƏ QEYDİYYATDAN KEÇMİŞƏM, LAKİN ÖZ ƏRİZƏMİN DİGƏR KATEQORİYADA OLDUĞUNU GÖRDÜM. BU NƏYƏ GÖRƏ BELƏDİ?
    Çünki təşkilat komitəsi sizin ərizəniz üçün digər kateqoriyanı daha uyğun hesab edib.
    KİMLƏR NETTY VİRTUAL SƏSVERMƏSİNİN İŞTİRAKÇISI OLA BİLƏR?
    www.netty.az saytının istifadəçisi, sosial profilinin məlumatlarından istifadə etməklə virtual münsiflər heyətinin üzvü ola bilər. Təşkilat komitəsi potensial münsiflər heyəti üzvünün müsabiqədə iştirakını qiymətləndirmək hüququna malikdir.
    MƏNİM MARAQLI ƏRİZƏM VAR. LAKİN ONUN MÜSABİQƏDƏ İŞTİRAKINA İCAZƏ VERMƏDİLƏR. NƏ ÜÇÜN?
    Ola bilsin ki, sizin ərizəniz kiminsə müəllif hüquqlarını pozur, o cümlədən Azərbaycan Respublikasının Qanunvericiliyinə və ya müsabiqənin hər hansısa qaydasına ziddir.
    MƏN FAYDALI VƏ AĞILLI PROQRAMIN MÜƏLLİFİYƏM. MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN MÜTLƏQ BU PROQRAM BARƏDƏ SAYT HAZIRLAMALIYAM?
    Siz NETTY 2023 müsabiqəsinə saytlar ilə yanaşı, bütün əsas nominasiyalar üzrə sosial platformalarda tətbiqlər və səhifələr vasitəsi ilə ərizə verə bilərsiniz.
    "NETTY" MÜSABİQƏSİNDƏ KİM QALİB OLUB?
    "TARİXÇƏ" bölməsinə baxın.
    Mən "NETTY-2023" –da QALİB olmuşam, YENİDƏN "NETTY-2024"-də İŞTİRAK edə BİLƏRƏMMİ?
    Bəli, lakin digər layihə ilə iştirak edə bilərsiz. Müsabiqənin qaydalarına görə əvvəli mükafatların qalibləri bir il müsabiqədə iştirak edə bilməzlər.
    NOMİNANTLARI KİM MÜƏYYƏNLƏŞDİRİR?
    QALİBLƏRİ KİM MÜƏYYƏNLƏŞDİRİR?
    SƏSVERMƏ HANSI KRİTERİYALAR ÜZRƏ APARILIR?
    3 kriteriya üzr : fikir, məzmun, icra
    EKSPERT ŞURASINA VƏ NETTY AKADEMİYASINA KİMLƏR DAXİLDİR?
    İT sahəsinin və yerli internetin görkəmli simaları. Tam siyahı burdaburada.
    MƏN "NETTY" AKADEMİYASINA DAXİL OLA BİLƏRƏMMİ?
    Hazırkı mərhələdə akademiyanın qurulması yekunlaşıb, lakin təşkilat komitəsi sizin ərizənizə baxa bilər və baxılması üçün Akademiyaya təklif edə bilər. Akademiyaya üzvlük yalnız mükafatın təşkilat komitəsi və ya akademiyanın özü tərəfindən həyata keçirilir.
    MƏN NETTY EKSPERT ŞURASINA DAXİL OLA BİLƏRƏMMİ?
    Təşkilat komitəsi sizin ərizənizə baxa bilər. Özünüz haqqında məlumatı info@netty.az ünvanına göndərin.
    QEYDİYYATDAN KEÇƏ BİLMİRƏM, NƏ ETMƏLİYİM?
    Ərizəni qeydiyyatdan keçirərkən hər hansı çətinliklə qarşılandıqda, ən yaxşısı support@netty.az ünvanına e-poçt göndərin və ya müsabiqə saytındakı çatda yazın.
    MƏN MÜSABİQƏYƏ DƏSTƏK OLMAQ İSTƏYİRƏM, HARA MÜRACİƏT EDİM?
    Müsabiqəyə verdiyiniz dəstəyə görə minnətdar olardıq, əməkdaşlıqla bağlı suallar üçün info@netty.az ünvanına müraciət edə bilərsiniz.
    // TƏRƏFDAŞLAR
    Müsabiqənin tərəfdaşları və dostları
    BAŞ TƏRƏFDAŞ
    RƏSMİ TƏRƏFDAŞ
    TƏRƏFDAŞLARI
    KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ PARTNYOR
    INFORMASIYA TƏRƏFDAŞLARI
    2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY