AZ
Facebook
ВЕБ-САЙТЫ
// ГОСУДАРСТВО И ЭЛЕКТРОННОЕ ПРАВИТЕЛЬСТВО
https://supremecourt.gov.az/az
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki, cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün sadə, intuitiv interfeysdə dizayn etdiyimiz sayt istifadəçilərə tələb olunan məlumatı tez və asanlıqla əldə etmələrinə imkan verir.
https://supremecourt.gov.az/az
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki, cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün sadə, intuitiv interfeysdə dizayn etdiyimiz sayt istifadəçilərə tələb olunan məlumatı tez və asanlıqla əldə etmələrinə imkan verir.
Paylaş

идея
содержание
исполнение
67
65
64
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР

07.12.2024 Mahir Mədətov
əlavə olaraq düşünürəm rus dili də olsa gözəl olardı

07.12.2024 Mehman İsgəndərov
Sayt səliqəli, sadə və anlaşılan şəkildə hazırlanmışdır. Hakimlərin şəkilləri seçilmiş üsluba çəkilib. Logoların animasiyaları gözoxşayandır, lakin dövlət qurumu üçün bir qədər uyğunlaşdırılması məqsədəuyğun olardı. Statistik məlumatların və vizualların təqdimatı yüksək səviyyədədir. Ümumilikdə, sayt peşəkar və cəlbedici bir təsir bağışlayır.

07.12.2024 David Khripunov
У сайта хорошая структура, дизайн оформлен в строгом стиле что делает этот сайт привлекательным

06.12.2024 Məhəmməd İbadlı
Bəzi font rənglərinin dəyişdirilməsinə ehtiyac var. Amma ümumi olaraq istifadəçi üçün uyğun saytdır. Uğurlar

06.12.2024 Elçin BAYRAM
Logonun şrifti və durduğu yer əgər logonun istifadə qaydalarını pozmursa, şriftin qismən oxuna bilirliyinin artırılması üçün müyyən işlər aparılmalıdır. Yazı isə altda deyil sağ tərəfdən istifadə edilə bilər. Xəbərlər bölümündə mütəmadi yenilinmələrə ehtiyac var. Son paylaşım 16 gün öncə olub. Məzmun mütəmadi yenilənməlidir. Tövsiyyə ondan ibarətdir ki, beynəlxalq tərcübələrə dayanaraq Ali məhkəmə sistemlərində tətbiq edilən rəqəmsal yanaşmaları araşdırıb və uyğun olan praktikanı sayta tətbiq etmək olar. Buna bir çox nümunə var.

06.12.2024 Lətif Kərim
Saytda hüquqi proseslərlə bağlı geniş məlumat bazası var, o cümlədən qərarlar, qanunvericilik aktları və s. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə bağlı ayrıca bölmə mövcuddur ki, bu da beynəlxalq hüquqi standartlara uyğunluğu göstərir​. Sayt sadə rahat naviqasiyaya və oxunulabilən interfeysə sahibdir.

05.12.2024 Vaqif Axundov
İngilis versiyasında "Received cases" və "Reviewed cases" bölmələrində cədvəllərdəki mətnlər yalnız Azərbaycan dilində təqdim olunub.Sayt kifayət qədər rahat və asan başa düşüləndir. Vizual baxımdan da sayt istifadəçini yormadan xoş bir təcrübə təmin edir.

05.12.2024 Əkbər Əsədov
sayt sadə və intuitiv interfeysə malikdir, bu da istifadəçilərin lazım olan məlumatı tez və asan əldə etmələrinə imkan yaradır. Saytın dizaynı həm funksional, həm də rəsmi olaraq məhkəmə saytı üçün uyğun olub, mütəmadi olaraq yenilənir və xəbərlər, elanlar yerləşdirilir.Eynək ikonundan daxil olaraq ölçüləri dəyişdikdə saytın ümumi vizuallığına təsir etmir, yerlər sürüşmür bu müsbət haldır. İngilis dilindəki hissədə bəzi şəkillər yüklənmir, bu da istifadəçilərin məlumat əldə etməsini çətinləşdirə bilər. Ümumilikdə sayt çox informativdir və öz sahəsinə görə dizaynı uyğun və təsirli olub. Uğurlar

04.12.2024 Aytən Allahverdiyeva
İngilis dilinə keçid etdikdə Xəbərlər bölümündə bəzi fotolar yüklənmir. Ümumilikdə informativdir və öz sahəsinə görə dizaynı çox uyğundur.

02.12.2024 Rəşad Mehdiyev
Sayt sadədir və dizaynı da rahatdır. Nəzərə alsaq ki, məhkəmə saytıdır, amma sayt mütəmadi olaraq yenilənir, xəbərlər, elanlar yerləşdirilir.

01.12.2024 Mahir Mədətov
Saytda hər şey qaydsındadır. Sevindirən hal o dur ki, ingiliscə də kontent var. Uğurlar!
// ПАРТНЕРЫ
Партнёры и друзья конкурса
ГЕНЕРАЛЬНЫЙ ПАРТНЕР
ОФИЦИАЛЬНЫЙ ПАРТНЕР
ПАРТНЕРЫ
ПАРТНЕР ПО КИБЕРБЕЗОПАСНОСТИ
ИНФОРМАЦИОННЫЕ ПАРТНЕРЫ
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY