AZ
Facebook
ВЕБ-САЙТЫ
// ГОСУДАРСТВО И ЭЛЕКТРОННОЕ ПРАВИТЕЛЬСТВО
https://its.gov.az
its.gov.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi its.gov.az saytında vətəndaşlar Xidmətlər Zərfi axtarış sistemi vasitəsi ilə onlara lazım olan tibbi xidmətin mövcudluğunu yoxlaya, laborator analiz nəticələri ilə tanış ola, onlara lazım olan tibbi xidmətin göstərildiyi ən yaxın tibb müəssisəsini tapa və digər funksiyalardan istifadə edə bilərlər.
https://its.gov.az
its.gov.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi its.gov.az saytında vətəndaşlar Xidmətlər Zərfi axtarış sistemi vasitəsi ilə onlara lazım olan tibbi xidmətin mövcudluğunu yoxlaya, laborator analiz nəticələri ilə tanış ola, onlara lazım olan tibbi xidmətin göstərildiyi ən yaxın tibb müəssisəsini tapa və digər funksiyalardan istifadə edə bilərlər.
Paylaş

идея
содержание
исполнение
86
85
81
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР

07.12.2024 Rəşad Mehdiyev
Bütün nominasiyalarda olan təqdim edilmiş namizədlərə baxdım. Düşünürəm ki bu nominasiyada its.gov.az qalib olacaq.

07.12.2024 Mehman İsgəndərov
Sayt müasir üslubda peşəkar şəkildə hazırlanıb. Rənglərin seçimi, ikonların dizaynı, bölmələrin yerləşdirilməsi və şəkillərin keyfiyyəti yüksək səviyyədədir. Kontent baxımından da hər şey qaydasındadır, bu isə böyük əmək sərf olunduğunu göstərir. Gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm!

06.12.2024 Məhəmməd İbadlı
Saytın vizual görüntüsü maksimum minimalistdir. İstifadəçi davranışı üçün uyğun həllərə sahibdir. Uğurlar

05.12.2024 Əkbər Əsədov
Saytın minimalist və rəsmi dizaynı dövlət qurumuna uyğun görünür. Xəbərlərin artırılmasına ehtiyac olması ilə bağlı həmkarımla razıyam. Faydalı keçidlər hissəsində standart ölçü tətbiq etmək lazımdır. Bəzi keçidlər yazıya uyğunlaşmaq üçün böyük bəziləri isə kiçik görünür. Ümumi isə yaxşıdır uğurlar

04.12.2024 Aytən Allahverdiyeva
Estetik görünüşlüdür və yoxlanılan bütün linkləri rahat yüklənir.

01.12.2024 Rəşad Mehdiyev
Əsas səhifədə rəng tonları gözəldir, insanı və gözləri yormur. Haqqımızda bölməsində məlumatlar yaxşıdır lakin fotolar uyğunluq təşkil etmir. Belə ki, həmin fotolar daha çox göstərilən xidmətləri özündə ehtiva edir. Ona görə həmin fotolar başqa bölmədə olsa və həmin səhifədə agentliyin loqosu yer alması daha uyğun olardı. Xidmətlər Zərfi bölməsində ödənişli xidmətlərin qiymətləri sadəcə olaraq rəqəm ilə qeyd olunub. Azərbaycan dilində daxil olan şəslər bilir ki bu AZN ilə qeyd olunub. Lakin ingilis versiyasına daxil olan xarici bunu avro və ya dollar kimi də qəbul edə bilər. Ona görə AZN yazılması da yaxşı olardı. Elanlar bölməsində şəkillərdə İ hərfi itir. Dizayner buna baxsa və posterləri uyğun ölçüdə hazırlasa gözəl görsənər. E-tebib proqramını saytdan yükləmək üçün link də olsaydı daha rahat olar.

01.12.2024 Mahir Mədətov
Xəbərlər bölməsində xəbərlər artırılsa yaxşı olar, digər hər şey qaydasındadır, Uğurlar!

01.12.2024 Elçin BAYRAM
(UI/UX) Estetik görünüş: Saytın dizaynı minimalist və rəsmi üslubda hazırlanıb, bu da dövlət qurumu üçün uyğun hesab edilə bilər. Lakin bəzi bölmələrdə daha müasir elementlərdən istifadə oluna bilərdi. Naviqasiya: Menyular və bölmələr aydın şəkildə strukturlaşdırılıb. Amma bəzi istifadəçilər üçün bəzi məzmunun tapılması çətinlik yarada bilər. Məzmun: Dövlət qurumu saytı olaraq xəbərlərin və məlumatların daim yenilənməsi vacibdir. Ötən ay ərzində cəmi 8 xəbər əlavə edilib. Saytın digər dillərində keçid etdikdə, xəbərlər və Toxunduğumuz həyatlar bölümləri bütün dillərdə Azərbaycan dilindədir.
// ПАРТНЕРЫ
Партнёры и друзья конкурса
ГЕНЕРАЛЬНЫЙ ПАРТНЕР
ОФИЦИАЛЬНЫЙ ПАРТНЕР
ПАРТНЕРЫ
ПАРТНЕР ПО КИБЕРБЕЗОПАСНОСТИ
ИНФОРМАЦИОННЫЕ ПАРТНЕРЫ
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY