// QAYDALAR
- Azərbaycanın Milli İnternet Mükafatı NETTY (bundan sonra – Müsabiqə) hər il sosial platformalarda, layihələrdə və fərdlərdə ən yaxşı milli saytları, tətbiqləri və resursları müəyyən edir.
- NETTY mükafatlandırılması bir neçə mərhələdə həyata keçirilir:
- QEYDİYYAT – Müsabiqədə iştirak üçün ərizələrin qəbulu.
- SEÇİM – Ekspert və münsiflər heyəti müsabiqənin bütün namizədlərini müəyyən edir.
- SƏSVERMƏ – Akademiya namizədlər arasından müsabiqənin qaliblərini müəyyən edir.
- MÜKAFATLANDIRMA – Müsabiqənin qaliblərinin təntənəli mükafatlandırma mərasimi.
- Mükafatın bütün əsas nominasiyaları üzrə müsabiqədə iştirak etmək ödənişlidir.
İştirakın qiyməti:
5 AZN (güzəştli dövr - qeydiyyatın başlanmasından sonra ilk 5 təqvim günü).
20 AZN (əsas müddət, güzəşt dövründə etməmisinizsə)
100 AZN (qeydiyyatın son anları, qeydiyyatın bitməsinə 1 gün qalmış)
Qeydiyyat haqqı geri qaytarılmır.
- İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar əsasında həyata keçirilir: fikir, məzmun, icra.
- Müsabiqədə aşağıdakı əsas nominasiyalar (nominasiyalar üçün link) və onların kateqoriyaları (sosial platformalarda saytlar, tətbiqlər, resurslar) üzrə iştirak etmək mümkündür.
- Müsabiqə çərçivəsində əlavə fəxri mükafat nominasiyaları da keçirilə bilər.
- Müsabiqənin keçirilməsinə mənfi təsir edən hər hansı cəhdlər etmək istənilən tərəfdən proses iştirakçılarına qadağan edilir. Qaydaları pozan iştirakçılar xəbərdarlıq edilmədən müsabiqədən kənarlaşdırıla bilərlər.
- NETTY Mükafatının təşkilat komitəsi resurslarının məzmununa, müsabiqə iştirakçılarının qiymətləndirilməsinə və ya şərhlərinə görə heç bir məsuliyyət daşımır. Bu resursların sahibləri və ya administratorları linklərin olduğu resursların məzmununa görə məsuliyyət daşıyırlar, şərhlərə və qiymətləndirməyə onların müəllifləri məsuliyyət daşıyırlar. Saytımızda yerləşdirilən linklər dərc olunarkən mümkün hüquq pozuntularına görə yoxlanılıb. Link yerləşdirilən zaman heç bir qanunsuz material aşkarlanmayıb. Saytımızda əlaqəli olan resursların məzmununun davamlı monitorinqi qanun pozuntuları ilə bağlı konkret məlumatlar olmadan mümkün deyil. Hər hansı bir pozuntudan xəbərdar olsaq, bu cür linkləri dərhal siləcəyik.
// SƏSVERMƏ
- Mükafata namizədlərin seçimi Ekspert Şurası və Virtual münsiflər heyətinin paralel səsverməsi çərçivəsində müəyyən olunan müddətdə həyata keçirilir.
- Ekspert şurasının səsverməsinin nəticələrinə əsasən, əsas nominasiyaların (sosial platforma saytları, tətbiqləri və resursları) hər bir kateqoriyası üzrə Ekspert şurası üzvlərinin daha çox səsini toplamış ilk üç iştirakçı müsabiqə namizədləri olur.
- “Virtual münsiflər heyətinin seçimi” nominasiyası üzrə namizədlər nominasiya kateqoriyasından asılı olmayaraq, Virtual münsiflər heyətinin daha çox səsini toplamış üç əsas müsabiqə iştirakçısı olacaqlar.
- Ekspert şurasının və Virtual münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən əsas kateqoriyaların hər biri üzrə namizədlərin siyahısı tərtib olunur.
- Müsabiqənin bu və ya digər əsas nominasiyalarının kateqoriyasında 3-dən az iştirakçı varsa, bu kateqoriya üzrə müsabiqə keçirilmir. Bütün iştirakçılar müsabiqədən kənarlaşdırılır.
// MÜSABİQƏ İŞTİRAKÇILARI
Sosial platformada, layihələrdə (bundan sonra - resurslar) aşağıdakı internet saytların, tətbiqlərin, resursların müsabiqədə iştirakına icazə verilir:
- Azərbaycan vətəndaşları tərəfindən yaradılmış resurslar;
- Tərkibi Azərbaycanla əlaqədar olan resurslar
Aşağıda qeyd olunmuş səbəblərdən müsabiqədə iştirak etməkdən imtina etmək mümkündür:
- Tərkibi Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olan resursların müsabiqədə iştirakına icazə verilmir. Eyni zamanda aşağıdakı səbəblərdən də müsabiqədə iştirakdan imtina etmək mümkündür:
- Resursun tərkibi hüquqi və mənəvi normalara zidd olarsa.
- Resurs texniki olaraq qeydiyyat müddətində hazır olmazsa.
- Resursun qeydiyyatı zamanı göstərilmiş məlumatlar həqiqəti əks etdirməzsə.
- Resurs nominasiyanın təsvirinə uyğun deyilsə.
- Resurs sahibinin yayılmasına icazəsi olmayan proqram və kommersiya xarakterli məlumatlardan ibarət olarsa.
- Yalnız təşkilat komitəsi tərəfindən təqdim etdiyi ərizənin rəsmi təsdiqini alan istifadəçi müsabiqə iştirakçısı ola bilər.
- Müsabiqədə iştirak etmək üçün istənilən şəxs istənilən sayda resurslara müraciət edə bilər.
- Resursların müraciətlərinə ümumi əsasda baxılır.
- Resursun qeydiyyatı üçün ödəniş yalnız ərizələrin verilməsindən və təşkilat komitəsi tərəfindən iştirakı təsdiqləndikdən sonra mümkündür.
- Müsabiqədə iştirak etmək üçün müraciət edən şəxs qeydiyyat formasını maksimum dəqiq doldurmalıdır. Qeydiyyatdan keçdikdən sonra hər hansı dəyişiklik və ya məlumatların redaktə olunması mümkünsüzdür.
- Hər bir Resurs müsabiqənin əsas nominasiyalarının yalnız biri üzrə qeydiyyatdan keçə bilər.
- Ərizə verən iştirakçılar arasında Akademiyanın, Ekspert Şurasının, mükafat Tərəfdaşlarının resursları olduğu halda, Təşkilat komitəsi belə resursların ümumi əsaslarla qiymətləndiriləcəyinə zəmanət verir.
- Resursun müsabiqədə iştirakının qəbul olunması və ya olunmamasını, qeydiyyatdan keçmiş istifadəçi ərizə verdikdən sonra 48 saat ərzində qeydiyyat zamanı göstərilən elektron ünvana gələn ismarıc vasitəsilə öyrənə bilir. İsmarıcda müsabiqədə iştirak etmək üçün zəruri olan ödənişlərin linkləri qeyd olunur. Resurs yalnız ödəniş etdikdən sonra iştirakçılar siyahısına düşə bilir.
- Hər bir iştirakçı müsabiqədə iştirakdan imtina edərək səsvermə proseduru başlanan vaxta qədər öz Resursunu geri çəkə bilər. Belə halda qeydiyyat üçün ödəniş geri qaytarılmır.
- Əvvəlki il üzrə müsabiqə qalibi həmin layihə ilə iştirak edə bilməz.
// VİRTUAL MÜNSİFLƏR HEYƏTİ
- Virtual münsiflər heyəti xüsusi onlayn formlardan istifadə edərək səsvermədə iştirak edə bilən internet istifadəçiləridir. Virtual münsiflər heyəti müsabiqənin müəyyən mərhələsində seçim prosesinə qoşulur. Seçim prosesinin başlanmasını Təşkilat komitəsi elan edir.
- www.NETTY.az saytının hər bir istifadəçisi, müsabiqənin müəyyən olunmuş şərtləri daxilində sadələşdirilmiş qeydiyyatdan keçməklə Virtual münsiflər heyətinin üzvü ola bilər.
- Əsas nominasiyalar və ya əsas nominasiyaların kateqoriyalarından asılı olmayaraq, Virtual münsiflər heyətinin üzvü bütün iştirakçılar arasından müsabiqənin üç (3) namizədini müəyyən edir.
- Virtual Münsiflər heyəti bütün səsvermə boyu iştirak edən resurslar arasından yalnız bir dəfə bəyəndiyi resursa səs verə bilər.
- Saxta səslər aşkar olunduqda, təşkilat komitəsi həmin resursu müsabiqədən uzaqlaşdırmaq, səsləri sıfırlamaq, eyni zamanda saxta səsvermədə ittiham edilən münsiflər heyətinin nümayəndəsini kənarlaşdırmaq hüququnu özündə saxlayır.
// EKSPERT ŞURASI
- Ekspert şurası- Təşkilat komitəsi adından resursların qiymətləndirməsini həyata keçirən ekspert, peşəkarlar qrupudur. Ekspert Şurasının Heyəti, səsvermə prosesinin başlanmasına qədər şəxsi dəvətlər əsasında mükafatın Təşkilat komitəsi tərəfindən yaradılır.
İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar əsasında həyata keçirilir:
fikir, məzmun, icra
- Ekspert şurasının nümayəndələri mükafatın bütün iştirakçıları arasından namizədlərin yekun siyahısını hazırlayaraq Təşkilat Komitəsi adından səsverməni həyata keçirir. Səsvermə zamanı Ekspert Şurasının üzvlərindən müsabiqə iştirakçılarının fikrin orijinallığı, estetika, dizayn, məzmunun tərkibi və düzgünlüyü, layihənin aktuallığı, rahatlığı, yeniləmələrin tezliyi, dil versiyalarının olması, interaktivlik, yükləmə sürəti kimi xüsusiyyətlərini nəzərə almaq tələb olunur. Mövcud kriteriyalar tövsiyə xarakteri daşıyır və şuranın hər bir üzvü şəxsi təəssürat, təcrübə və fikrinə əsaslanaraq yekun qiymətləndirməni aparır.
- Qiymətləndirmənin qəbul olunması üçün ekspert müsabiqənin bütün əsas nominasiyaları üzrə bütün mövcud kateqoriyalarda səs verməlidir. əsas nominasiyaların hər birində ekspert hər bir əsas nominasiyanın hər bir kateqoriyasında qiymətləndirmənin bütün kriteriyaları üzrə iştirakçıların maksimal sayını müəyyənləşdirməlidir.
- Saytın bütün qeydiyyatdan keçmiş istifadəçiləri Ekspert şurasının üzvlərinin qiymətləndirməsi və rəylərini görəcəklər.
- Üzrlü səbəb olmadan hər hansı ekspertin öz öhdəliklərini yerinə yetirməməsi onun Ekspert şurasının həqiqi üzvlüyü siyahısından çıxarılmasına səbəb ola bilər. Seçim prosesində Ekspert şurası hər nominasiya üzrə üç namizədi müəyyən edir.
- İstifadəçilər tərəfindən daha çox reytinq yığmış və ya iştirakçıların qiymətləndirməsi zamanı daha çox fəallıq göstərmiş ən yaxşı Ekspert xüsusi NETTY mükafatı ilə mükafatlandırılacaq.
// AKADEMİYA
- NETTY Akademiyası informasiya texnologiyaları və ictimai həyatın digər sahələrindən olan görkəmli və nüfuzlu şəxslərdən ibarətdir.
- NETTY Akademiyası qalibləri müsabiqənin üçüncü (final) mərhələsində elan edir.
- Akademiyanın hər bir üzvü müsabiqə ilə əlaqədar bütün tədbirlərdə iştirak etmək hüququna malikdir.
- Akademiyanın hər bir üzvü müsabiqə ilə əlaqədar bu və ya digər təklifləri akademiyanın müzakirəsinə vermək hüququna malikdir.
- Akademiyanın hər bir üzvü 5 ballıq şkala üzrə müsabiqə iştirakçılarından hər birinə ədalətli qiymət verməklə müsabiqənin final mərhələsində oflayn səsvermədə iştirak etməlidir.
- İştirakçıların qiymətləndirməsi aşağıdakı 3 kriteriya ilə həyata keçirilir:
fikir, məzmun, icra.
- Səsvermə zamanı akademiklərdən müsabiqə iştirakçılarının fikrin orijinallığı, estetika, dizayn, məzmunun tərkibi və düzgünlüyü, layihənin aktuallığı, rahatlığı, yeniləmələrin tezliyi, dil versiyalarının olması, interaktivlik, yükləmə sürəti kimi xüsusiyyətlərini nəzərə almaq tələb olunur.
- Üzrlü səbəb olmadan akademikin öz öhdəliklərini yerinə yetirməməsi onun akademiyanın həqiqi üzvlüyü siyahısından çıxarılmasına səbəb ola bilər. Veb-akademikin vəzifəsindən tamamilə çıxarılması haqqında qərarı NETTY veb-akademiyası və ya təşkilat komitəsi verir.
- NETTY akademiyası eyni zamanda müsabiqənin əlavə fəxri nominasiyaları üzrə də qalibləri müəyyən edir və mükafatlandırır. Namizədlər təşkilat komitəsi tərəfindən təklif olunur. Qalib akademiyanın səsverməsi ilə müraciət edənlər siyahısından müəyyən olunur. Analoji sxem istənilən digər əlavə mükafatların həyata keçirilməsində də istifadə olunur.
- Müsabiqənin final mərhələsinə qədər iştirakçılara hər hansı şəxsi qiymətləndirməni bildirmək akademiya iştirakçılarına qadağan olunur.
// TƏŞKİLAT KOMİTƏSİ
- Müsabiqənin keçirilməsi haqqında qərar qəbul edir.
- Müsabiqənin keçirilməsi qaydalarını hazırlayır.
- Müsabiqənin keçirilməsi üçün əsas şərtləri (keçirilmə qaydaları, iştirak haqqı, şərtlər, nominasiyalar, kateqoriyalar, qiymətləndirmə kriteriyaları, mərhələlər və s.) müəyyən edir.
- Mükafatın keçirilməsində Akademiyanın, Ekspert Şurasının və Virtual münsiflər heyətinin yaradılmasını həyata keçirir və onların işini təmin edir.
- Müsabiqədə iştirak üçün ərizələrin yığılmasını təmin edir və ərizələrin qeydiyyatının və təqdim edilməsinin müsabiqə qaydalarına əsasən həyata keçirildiyini yoxlayır. Təşkilat komitəsi bu və ya digər iştirakçının kateqoriyasını dəyişmək hüququnu özündə saxlayır.
- Təşkilat komitəsi müsabiqə qaydaları pozan iştirakçını müsabiqədən uzaqlaşdırmaq hüququnu özündə saxlayır.
- Təşkilat komitəsi iştirakçılarını müsabiqədən kənar həvəsləndirici mükafatalar ilə təltif etmək hüququna malikdir.
- Akademiyanın səsverməsinə görə yekun məlumatları toplayır və nəticə çıxarır.
- Müsabiqə ilə əlaqədar tapşırıqların həllinə yönəldilmiş digər təşkilati qərarları qəbul etmək hüququna malikdir.
- Müsabiqə qaliblərinin mükafatlandırılmasını həyata keçirir.