RU
Facebook
// MÜSABİQƏ NOMİNASİYALARI

Elektron hökumət və rəqəmsallaşma

Nominasiyada dövlət qurumları, İT şirkətləri və təşəbbüslər tərəfindən yaradılan veb-saytlar, mobil tətbiqlər, sosial şəbəkə səhifələri və layihələr mükafatlandırılır. Məqsəd dövlətlə vətəndaş arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq, dövlət xidmətlərinin rəqəmsal platformalar vasitəsilə əlçatanlığını təmin etmək, rəqəmsal transformasiya, elektron hökumət və kibertəhlükəsizlik sahəsində nailiyyətləri nümayiş etdirmək, həmçinin regionlarda rəqəmsallaşma təşəbbüslərini irəlilətməkdir.

Açar sözlər: rəqəmsal hökumət, e-xidmətlər, elektron sənəd dövriyyəsi, dövlət kibertəhlükəsizliyi, dövlət idarəçiliyində İT, e-hökumət, dövlət portalları, rəqəmsal transformasiya, e-idarəetmə, dövlət rəqəmsallaşması, onlayn qanunvericilik, elektron identifikasiya, interaktiv xidmətlər, e-idarəçilik, elektron səsvermələr, Rəqəmsal Qarabağ, Smart City, AI in governance.

Rəqəmsal iqtisadiyyat, biznes və startaplar

Nominasiyada sahibkarlar, startaplar və biznes şirkətləri tərəfindən yaradılan veb-saytlar, mobil tətbiqlər, sosial şəbəkə səhifələri və layihələr qiymətləndirilir. Məqsəd rəqəmsal iqtisadiyyatın inkişafı, e-ticarətin dəstəklənməsi, fintex həlləri, rəqəmsal platformalar vasitəsilə ixrac və innovativ biznes modellərinin tətbiqinə töhfə verməkdir.

Açar sözlər: : rəqəmsal iqtisadiyyat, e-ticarət, marketpleyslər, fintex, startaplar, blokçeyn, rəqəmsal ödənişlər, onlayn biznes, rəqəmsal marketinq, data iqtisadiyyatı, dayanıqlı biznes, sahibkarlıq, biznes innovasiyaları, istehsal, ödəniş sistemləri, kriptovalyuta, investisiyalar, maliyyə təhlükəsizliyi, bank innovasiyaları.

İnnovasiyalar, kibertəhlükəsizlik və AI

Nominasiyada İT şirkətləri, startaplar və developer-lər tərəfindən yaradılan layihələr təqdim olunur. Məqsəd kibertəhlükəsizlik, süni intellekt, maşın təlimi, VR/AR və digər qabaqcıl texnologiyaları təşviq etmək, ölkədə rəqəmsal tərəqqiyə və dayanıqlı inkişafına töhfə verməkdir.

Açar sözlər: süni intellekt, maşın təlimi, VR/AR, robot texnologiyaları, biotexnologiyalar, kiber-fiziki sistemlər, innovativ texnologiyalar, texnoloji transformasiya, kibertəhlükəsizlik, yüksək texnologiyalar, AI-analitika, ağıllı həllər, texnoloji startaplar, innovasiya ekosistemi, Web3, IoT, dayanıqlı texnologiyalar, Rəqəmsal Qarabağ.

Elm, təhsil və rəqəmsal savadlılıq

Nominasiyada biliklərin yayılmasına, təhsilə və elmin inkişafına töhfə verən rəqəmsal resurslar qiymətləndirilir. Məqsəd innovasiyaları, texnoloji tərəqqini və rəqəmsal bacarıqların inkişafını dəstəkləməkdir.

Açar sözlər: EdTech, rəqəmsal savadlılıq, STEAM, onlayn təhsil, elm və texnologiya, təhsil platformaları, rəqəmsal bacarıqlar, inklüziv təhsil, rəqəmsal öyrənmə, AI in education, innovativ təhsil, e-dərsliklər, onlayn kurslar, öyrənmə tətbiqləri, müasir tədris metodları, təhsil startapları, açıq təhsil resursları, distant təhsil.

Media, mədəniyyət və kreativ kontent

Nominasiyada media şirkətləri, bloqqerlər və mədəni təşəbbüslər tərəfindən yaradılan layihələr seçilir. Məqsəd media innovasiyalarını, kreativ kontenti, mədəni irsin qorunmasını və media sənayesinin rəqəmsal formatlarda inkişafını təşviq etməkdir.

Açar sözlər: trəqəmsal mədəniyyət, media platformaları, influencer marketing, AI in media, dayanıqlı kontent, informasiya platformaları, bloqqerlər, influencerlər, informasiya əlçatanlığı, şəffaflıq, rəqəmsal kontent, onlayn media, kütləvi kommunikasiya, blogosfer, sosial şəbəkələr, yeni media, rəqəmsal jurnalistika, onlayn kinoteatrlar, rəqəmsal incəsənət, virtual muzeylər, onlayn festivallar.

XXI əsrin həyat tərzi və turizm

Nominasiyada rəqəmsal dövrdə həyat keyfiyyətini artırmağa yönəlmiş layihələr iştirak edir. Sağlam həyat tərzi, istirahət, əyləncə, qastronomiya, idman və turizm mövzularında yaradılan rəqəmsal resurslar mükafatlandırılır.

Açar sözlər: rəqəmsal turizm, ekoturizm, qastro-turlar, VR/AR turlar, rəqəmsal marşrutlar, inklüziv turizm, mobil bələdçilər, lifestyle, səyahət, qonaqpərvərlik, otellər, restoranlar, klublar, kurortlar, qastronomiya, sağlamlıq, fitness, idman, səyahət bloqu, naviqasiya xidmətləri, onlayn tərcüməçilər, nəqliyyat.

Cəmiyyət və inklüzivlik üçün texnologiyalar

Nominasiyada sosial, ictimai, etik, ekoloji və mədəni problemlərin həllinə yönəlmiş rəqəmsal təşəbbüslər qiymətləndirilir. Məqsəd cəmiyyətin həyat keyfiyyətini artırmaq, sosial məsuliyyəti təşviq etmək və müsbət dəyişikliklər yaratmaqdır

Təqlər: inklüzivlik, ESG, dayanıqlı inkişaf, sosial texnologiyalar, rəqəmsal inklüzivlik, sosial layihələr, AI for society, sosial məsuliyyət, rəqəmsal dəstək, xeyriyyəçilik, rəqəmsal təşəbbüslər, ictimai rifah, sosial məqsədlər üçün innovasiyalar, cəmiyyətlə qarşılıqlı əlaqə, uzunmüddətli təsir, vətəndaş fəallığı, sosial transformasiya, ekoloji texnologiyalar, yaşıl innovasiyalar.

2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY