Marketing
Head of Marketing & Sales Department
ŞƏRHLƏR
Qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Tam qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
Qiymət verdiyiniz resurslar :
Verbooze
3
4
3
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Cyberross
4
3
3
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Anlar.az
5
2
2
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Onsual
5
5
5
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Digital Expo Center
4
2
1
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı
3
3
1
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Ainisa
5
5
4
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Linky
5
4
3
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Div Academy
3
2
1
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
Taskool
5
4
4
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
EduSoft - Təhsil mərkəzi idarə etmə platforması
4
2
3
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
DIGITAL DRIVING ACADEMY
5
5
4
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Baku City Life
4
4
2
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Triptotrip
2
2
2
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Petrol: Azerbaijan YDM-ləri
5
3
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Osmansoy səhifəsi
5
4
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Tripocell Travel İnternet
5
5
5
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
First Step Tourism
3
3
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Hilal Abdullayeva ilə qrup turları
3
2
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Səyahət blogu
5
5
5
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Avia.az
2
2
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
TUR.AZ - TUR SİFARİŞİ , TURLAR
2
1
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Shams.nuray (Travel influencer)
4
4
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
İZ Azərbaycan
5
5
4
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
huseynmammadsalahov
4
5
4
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Trips.az
4
3
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı
2
2
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Azərbaycan Turizm Blogerləri Assosiasiyası
3
2
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azer Garib Personal blog
5
5
4
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Crescent Mall
3
3
3
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Йога в Баку
3
2
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
Dr. Ağa Ağazadə
2
2
1
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Turizm Blogerləri Assosiasiyası
5
4
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
"Azərbaycan müəllimi" qəzetinin saytı
4
4
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Раскошная жизнь в великолепном месте.
3
4
2
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Baku.ws
5
5
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Baku.News
2
3
3
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Bayramoff
3
4
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Radio Baza
0
0
0
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Azerbaijan Media
4
4
5
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Texno Blog
2
3
1
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Liman
3
3
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar
4
4
4
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Ekosular.az
2
1
2
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Baku TV
5
5
5
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
Şəki Ensiklopediyası
1
1
1
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana
2
3
1
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Retro Archive
5
3
4
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
MUSİQİ LEKTORİYASI
2
2
2
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
DinləKitab audio-kitab layihəsi
4
5
2
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Peşəkar fotoqraf Paparazzi.az
2
2
3
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Fomo Baku
5
5
5
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı
3
2
1
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı
5
4
5
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Yurdumun sənət eşqi
5
5
5
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Gilavar Foto Klubunun veb-saytı
4
3
2
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Podkast kimi adam
4
5
5
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.
2
2
2
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Alleqoriya
4
5
4
Ölkəmizdə kreativ mövzularda məzmun paylaşan və bu istiqamətdə fəaliyyət göstərən ən maraqlı sahələrdən biri fotoqrafiya və fotoqraf sənətkarlarının işləridir. Bu sahədə çalışan şəxslərin bir araya gəldiyi bir platforma kimi fəaliyyət göstərən və WordPress əsasında hazırlanmış sadə bir veb-sayt qeyd etdiyim məsələyə yad ola bilər.
Bu ideya başlanğıc üçün çox dəyərli olsa da, düşünürəm ki, gələcəkdə saytı daha funksional, estetik və istifadəyə rahat şəkildə yenidən tərtib etmək mümkündür.
Fomo Baku
Sayt zövqlə hazırlanıb. Kursor, ikonlar və saytın strukturu loqo elementləri ilə ahəngdarlıq təşkil edir. Bu, həm vizual harmoniya, həm də istifadəçi təcrübəsi baxımından uğurlu yanaşmanın göstəricisidir.
MUSİQİ LEKTORİYASI
Sayt maarifləndirici məzmun təqdim etsə də, dizayn baxımından ciddi təkmilləşdirmələrə ehtiyac duyulur. Xüsusilə, məzmun keyfiyyətinin artırılması, video materialların səs və çəkiliş keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biri olmalıdır.
"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı
Saytda təqdim olunan materialların əksəriyyəti 20-ci əsrin əvvəllərinə aid olsa da, onların müasir dövrdə gənc nəsil tərəfindən tanınması və öyrənilməsi olduqca təqdirəlayiqdir. Bununla belə, saytın icrasının daha mükəmməl və istifadəçi yönümlü olması üçün üzərində əlavə işlərin aparılması tövsiyə olunur. İstifadəçi təcrübəsini artırmaq məqsədilə saytda həm məzmun keyfiyyətinə, həm də vizual üsluba diqqət yetirilməli, daha interaktiv və müasir dizayn həlləri tətbiq edilməlidir.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.
Saytın domen adı yadda qalan deyil və tanınmağı çətinləşdirir. Daxili səhifələrdə şəkillərə baxış üçün əlavə kliklər tələb olunur ki, bu da istifadəçi təcrübəsinə mənfi təsir edir. Şəkillərin birbaşa baxışı təmin edilsə, daha rahat olardı. Slider dizaynında şəkillərin müxtəlifliyi səbəbindən vahidlik pozulur. Dizaynın yenidən işlənməsi və daha istifadəçi yönümlü olmasını tövsiyə edirəm.
Yurdumun sənət eşqi
Saytın ideyası, icrası və dizaynı yaxşı hazırlanıb. Bununla belə, portret şəkillərin sadə kvadrat forma əvəzinə saytın stilistikasına uyğun çərçivələrdə təqdim edilməsi ümumi vizual harmoniyanı daha da artırardı. Həmçinin, domen adının subdomen kimi deyil, birbaşa domen kimi istifadə edilməsi saytı daha da yadda qalan və peşəkar görünüşünü təmin edərdi.
DinləKitab audio-kitab layihəsi
Bir audio-kitab layihəsi üçün saytın arxa fon rəngi istifadəçilər üçün yorucu ola bilər. Çünki nəzərə alsaq ki, istifadəçilər saytda uzun müddət qalacaqlar, bu, ümumi təəssürata mənfi təsir göstərə bilər. Daha komfortlu bir istifadəçi təcrübəsi təmin etmək məqsədilə, fon rənginin daha rahat və gözə xoş gələn bir şəkildə dəyişdirilməsi tövsiyə edirəm. Eyni zamanda, saytda daha effektiv axtarış imkanı təmin etmək üçün filterlərin sayının artırılması, istifadəçilərin məzmunu daha sürətli və asan tapmalarına kömək edər.
Peşəkar fotoqraf Paparazzi.az
Sayt Tilda CMS üzərində hazırlanıb və fərdi kodlaşdırma istifadə olunmayıb, dizayn isə yalnız bu platformanın təqdim etdiyi şablonlarla məhdudlaşır. Sayt planşetlər üçün optimallaşdırılmayıb. 'Burger menu'ya daxil ola bilmədim. 'İş nümunələri' bölməsindəki şəkillərin fotosessiyanın növünə görə qruplaşdırılması daha uyğun həll olardı.
Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana
Saytda çox sayda fərqli rənglərin istifadə olunması ümumi vizual harmoniyanı pozur. İkonların ölçüləri, bannerlərin keyfiyyəti və saytın ümumi dizaynı ilə bağlı təkmilləşdirmələr edilməsini tövsiyə edirəm.
Retro Archive
Düşünürəm ki, sayt hələ tam hazır deyil, çünki bir çox filmləri, aktyor və aktrisaları saytda görmədim. Lakin, dizayn baxımından sayt gözəl və minimalistik üslubda hazırlanıb, ideya da maraqlıdır. Saytın yüklənmə vaxtının uzun olması istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər, buna görə optimallaşdırma tövsiyə edirəm. Saytda istifadə olunan şəkillərin keyfiyyəti aşağıdır. Təklif edirəm ki, süni intellekt məhsullarından istifadə edərək şəkillərin keyfiyyətini artırasınız.
Podkast kimi adam
Kanaldakı videoların 4K (3840 x 2160) ölçüsündə hazırlanması yüksək keyfiyyətli kontent təqdim etmək baxımından müsbət bir addımdır. Həmçinin, 'Shorts' və 'Playlist' bölmələrinin mütəmadi olaraq əlavə edilməsi izləyici ilə əlaqəni gücləndirir. Bununla yanaşı, daha yaxşı və müxtəlif məzmun təqdim etmək üçün kamera sayının artırılması tövsiyə edirəm. Bu, müxtəlif rakurslardan və yeni anlarda çəkiliş edərək kontentin daha zəngin və maraqlı olmasına imkan yaradacaqdır.
QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı
Kanalın ideyası və məzmunu yaxşı hazırlanmışdır. 'Video Cover' dizaynları zövqlüdür, lakin 'Cover'lərin ölçü və keyfiyyəti aşağıdır. Bu, ümumi görünüşə mənfi təsir göstərə bilər. Eyni zamanda, 'Shorts' videolarının olmaması izləyici sayı üzərində mənfi təsir yarada bilər. Bu səbəbdən, mütəmadi olaraq bu bölməyə video əlavə edilməsi tövsiyə edirəm.
Alleqoriya
Səhifə olduqca maraqlıdır, paylaşılan postların dizaynı isə üslub baxımından yaxşı düşünülüb. Gələcəkdə post dizaynlarının daha da təkmilləşdirilməsi və istifadə olunan şəkillərin daha böyük ölçülərdə hazırlanması məqsədəuyğun olardı. "Highlights" dizaynları da ümumi baxımdan diqqətçəkicidir; hər biri eyni üslubda olmasa da, kifayət qədər peşəkar şəkildə tərtib edilib. Ümumilikdə, səhifənin vizual təqdimatı üzərində işləmək onun cəlbediciliyini daha da artırar.
Ekosular.az
Sayt WordPress CMS platforması üzərində hazırlanıb. Saytdaxili şəkillər və slider şəkilləri hər bir xəbər üçün fərqli ölçülərə malikdir ki, bu da ümumi erqonomikanı və istifadəçi təcrübəsini müəyyən qədər pozur. Xəbər şəkillərinin üzərində Report.az xəbər portalına aid loqotiplərin olduğunu müşahidə etdim. Eyni zamanda, mətnin unikallığını yoxladıqda, bəzi xəbərlərin digər portallarda yerləşdirilmiş məlumatlarla oxşar olduğunu gördüm.
Başadüşüləndir ki, tamamilə unikal məzmun yaratmaq ciddi resurs tələb edir. Lakin tövsiyə edərdim ki, bu istiqamətdə mərhələli şəkildə işlərə başlanılsın. Saytın etibarlılığını və rəqabət qabiliyyətini artırmaq məqsədilə gələcəkdə yayımlanan xəbərlərin tamamilə orijinal olması təmin edilməlidir. Bununla yanaşı, şəkillərin ölçülərinin standartlaşdırılması və vahid formatda təqdim edilməsi saytın vizual harmoniyasını və istifadəçi məmnuniyyətini artıracaq.
Bayramoff
Sayt istifadəçi yönümlü və funksional şəkildə hazırlanıb, minimalistik dizaynı və geniş filter imkanları ilə diqqət çəkir. Bir neçə xəbərin mətn unikallığını yoxladım və 100% unikallıq göstərdi. Lakin açılma sürəti bir qədər zəifdir. Şəkillərin optimallaşdırılması və server performansının yaxşılaşdırılması bu problemi həll edəcəyini düşünürəm.
Şəki Ensiklopediyası
Sayt açılmadı
Baku.News
Ümumilikdə sayt kifayət qədər funksionaldır və istifadəçilər üçün rahatlıq təmin edir. Lakin müəyyən təkmilləşdirmələrə ehtiyac duyulur. Xüsusilə xəbər mətnlərində plagiat hallarının mövcudluğu saytın etibarlılığını azalda bilər. Bu problemi aradan qaldırmaq üçün məzmunun orijinallığına diqqət yetirilməsi tövsiyə olunur.
Həmçinin, xəbərlərin daxilində istifadə olunan şəkillər üçün xüsusi bir slayder funksiyasının əlavə edilməsi məqsədəuyğun olardı. Bu yenilik, səhifənin uzunluğunu azaltmaqla yanaşı, vizual görünüşü daha səliqəli və peşəkar edər. Hazırkı vəziyyətdə şəkillərin düzülüşü saytın ümumi dizaynına mənfi təsir göstərir və istifadəçilərin diqqətini yayındıra bilər.
Раскошная жизнь в великолепном месте.
Saytın hədəf auditoriyası geniş kütlə deyil, əsasən "Sea Breeze" ərazisində yerləşən daşınmaz əmlak, otellər və çimərliklərlə maraqlanan şəxslərdir. Bu səbəbdən, məzmunun daha spesifik və həmin auditoriyanın maraqlarına uyğun olması vacibdir.
Saytın ilk açılışında birbaşa xəbər bölməsi nümayiş olunur, lakin istifadəçi təcrübəsini artırmaq üçün ana səhifədə slayder funksiyasının əlavə edilməsi tövsiyə edirəm. Bu slayder, həm vizual cəlbediciliyi artırar, həm də ziyarətçilərə əsas məlumatları daha strukturlaşdırılmış şəkildə təqdim etməyə imkan yaradar.
Bundan əlavə, qeyd etmək lazımdır ki, sayt Wordpress CMS üzərində qurulub. Bu platforma ümumiyyətlə geniş imkanlar təklif etsə də, bəzən dizayn və funksionallıq baxımından məhdudiyyətlər yarada bilər. Saytın imkanlarını genişləndirmək və daha çevik bir funksionallıq təmin etmək üçün fərdi kodlaşdırılmış həllər və ya daha müasir platformaların istifadəsi nəzərdən keçirilə bilər.
Azerbaijan Media
Sayt ümumilikdə müsbət təəssürat yaradır. Dizayn üslubu sadə və funksional şəkildə hazırlanın, bu da istifadəçi təcrübəsini artırır. Gələcəkdə Azərbaycan və Rus dillərinin əlavə edilməsi saytın daha geniş auditoriyaya xidmət göstərməsi üçün faydalı olardı. Çoxdilli dəstək, həm yerli istifadəçilər, həm də regional ziyarətçilər üçün rahatlıq təmin edəcək.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, saytın hazırda Wordpress CMS üzərindən hazırlanması funksionallıq baxımından müəyyən məhdudiyyətlər yarada bilər. Fərdi kodlaşdırılmış platformanın istifadəsi, saytın unikal xüsusiyyətlər və daha yüksək performansla işləməsini təmin edər. Bu, xüsusilə gələcəkdə daha kompleks funksionallıq və yüksək trafik üçün vacib ola bilər
"Azərbaycan müəllimi" qəzetinin saytı
Sayt təhsil sahəsində çalışanlar üçün əhəmiyyətli bir informasiya mənbəyidir. Xüsusilə qəzetin PDF arxivinin mövcudluğu saytın funksionallığını artırır və istifadəçilər üçün dəyərli bir resurs təqdim edir. Bu, həm də təhsil sahəsindəki araşdırmalar və məlumatların daha rahat əldə edilməsinə kömək ola bilər.
Saytın əsas səhifəsində yerləşdirilmiş "Bloqlar" bölməsi isə məzmun baxımından maraqlı olsa da, mövcud dizayn və strukturda qarışıqlıq yarada bilər. Tövsiyə edərrəm ki, bu bölmə slayderin yanından çıxarasınız. Belə bir dəyişiklik, saytın daha səliqəli və strukturlaşdırılmış görünməsini təmin edər, həm də istifadəçilər üçün naviqasiyanı asanlaşdırar.
Liman
Yaxşı saytdır. Bir neçə xəbəri mətn unikallığı cəhətdən yoxladım və 100% unikallıq göstərdi. Səliqəli hazırlanmış xəbər səhifələri var. Əsas səhifədə aşağıda yerləşən xəbər arxivini rubrikalar üzrə bölməniz daha yaxşı olar. Yeganə müsbətə yaza bilməyəcəyim məsələ saytın WordPress üzərində hazırlanmasıdır.
Texno Blog
Saytda təqdim olunan maarifləndirici kontent istisna olmaqla, digər cəhətləri qənaətbəxş hesab etmirəm. Saytın dizaynı, şəkillərin ölçüləri və ümumi üslub peşəkar səviyyədə deyil və bunların hər biri yenidən hazırlanmalıdır.
Radio Baza
Hazır WORDPRESS Tamplate istifadə olunub
Baku TV
Hadisə yerindən ən operativ xəbər verən sosial media səhifəsindən biridir.
Baku.ws
Instagram sosial şəbəkəsi üzərindən gündəlik məlumat paylaşan səhifədir. Uğurlar arzulayıram.
Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar
Kontentlə tanış oldum. Maraqlı məlumatlar və videolar paylaşılır. Profil rəsmini daha yukarı keyfiyyətdə hazırlamağı məsləhət görərdim
Triptotrip
Sayt WordPress CMS -nə aid olan Meet WordPress konstruktoru vasitəsi ilə hazırlanıb. İndividuals kod və yaxud dizayn istifadə olunmayıb. Keçid üçün 1 səhifəyə dahil oldum ordan da ana səhifəyə geri dönə bilmədim
Trips.az
Sayt sadə və istifadəçiyönümlü şəkildə hazırlanmışdır. Bloq səhifəsinin mövcudluğu müsbət haldır, lakin burada yalnız az sayda bloq yazısı təqdim edilib. Həmçinin, bloq bölməsindən ana səhifəyə geri dönüş imkanı yoxdur ki, bu da naviqasiya baxımından çətinlik yarada bilər. Bundan əlavə, otel, transfer və sığorta keçidləri birbaşa xarici saytlara yönləndirir, bu da istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.
First Step Tourism
Sayt WordPress CMS platformasında "Elementor" konstruktoru vasitəsilə hazırlanmışdır. Bu isə fərdi kodlaşdırma və unikal dizaynın olmaması ilə nəticələnir. Belə yanaşma müəyyən funksionallıq və dizayn məhdudiyyətləri yarada bilər. Bununla yanaşı, saytın maarifləndirici kontent təqdim etməsi müsbət cəhətdir və istifadəçilər üçün dəyərli informasiya mənbəyi kimi qiymətləndirilə bilər.
Hilal Abdullayeva ilə qrup turları
Sayt ümumilikdə istifadəçi təcrübəsi baxımından kifayət qədər qaneedici deyil. Menyuda yerləşən bütün keçidlərin yalnız WhatsApp vasitəsilə əlaqəyə yönləndirilməsi funksionallıq baxımından məhdudiyyət yaradır. Şəkillərin bəzilərinin tam yüklənməməsi və ya yarımçıq görünməsi isə saytın texniki keyfiyyətini aşağı salır. Həmçinin, "Header Box" bölməsi səliqəsiz hazırlanmışdır və vizual olaraq peşəkar görünmür.
Saytın ümumi strukturu və texniki problemləri nəzərə alınaraq, təkmilləşdirmə işləri aparılması tövsiyə edirəm.
Йога в Баку
Saytın dizaynı zəifdir və istifadəçi təcrübəsi baxımından qənaətbəxş deyil. Əlavə olaraq, sayt hazır "Tilda" CMS platformasında hazırlanmışdır ki, bu da fərdi kodlaşdırma və unikal dizayn imkanlarını məhdudlaşdırır
Avia.az
Sayt fərdi dizayn və fərdi kodlaşdırmadan istifadə etməmiş, açıq mənbəli "Tilda" CMS platforması vasitəsilə hazırlanmışdır. Bu yanaşma saytın unikal xüsusiyyətlərini məhdudlaşdırır və vizual cəhətdən peşəkar təsir bağışlamır. Belə bir yanaşma, xüsusilə daha geniş funksionallıq və fərqlənən dizayn tələb edən layihələr üçün kifayət qədər uyğun deyil.
Dr. Ağa Ağazadə
Saytın dizaynı, istifadə olunan ikonlar, header və slider bölmələri kifayət qədər peşəkar hazırlanmamışdır. Ümumilikdə zəif vizual təsir bağışlayır. Sayt WordPress CMS platformasında hazırlanmışdır və daha dəqiq desək, LayerSlider WP alətindən istifadə edilmişdir. Bu yanaşma, funksionallıq və unikal dizayn baxımından məhdudiyyətlər yaradır.
"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı
Saytın dizaynında istifadə olunan rənglər uyğunsuzdur və qarışıqlıq yaradır. Dizayn ümumilikdə zəifdir, ikonlar isə ölçü baxımından həddindən artıq böyükdür, bu da vizual tarazlığın pozulmasına səbəb olur. Əsas səhifədə istifadə edilən şəkillərin aşağı keyfiyyətdə olması saytın ümumi təsirini mənfi şəkildə azaldır.
Tövsiyə edərdim ki, ilkin olaraq loqo yenidən dizayn edilsin və minimalistik üsluba uyğunlaşdırılsın. Loqo üzərində aparılan işlər əsasında, sayt da eyni üsluba uyğun olaraq yenidən hazırlanmalıdır.
TUR.AZ - TUR SİFARİŞİ , TURLAR
Saytın əsas səhifəsi birbaşa turlardan başlayır, lakin bu bölməyə uyğun başlıq və məlumat təqdim edilməyib ki, bu da saytın strukturunda müəyyən boşluqlar yaradır. Tur səhifələrindəki şəkillər isə nə vahid üsluba malikdir, nə də yüksək keyfiyyətlidir. Bu, saytın ümumi vizual təqdimatına mənfi təsir göstərir.
Tövsiyə edərdim ki, istirahət mərkəzləri, otel və ya sanatoriyaların real görüntülərindən istifadə edilsin. Canlı və yüksək keyfiyyətli şəkillər həm saytın cəlbediciliyini artırar, həm də istifadəçilərin təqdim olunan xidmətlərə daha çox etibar etməsinə səbəb olar.
Crescent Mall
Düzünü desəm, Crescent Mall-ın internet saytından daha yüksək keyfiyyət gözləyirdim. Ölkədə fəaliyyət göstərən ticarət mərkəzlərinin internet saytları ümumiyyətlə yüksək səviyyədə deyil, bir neçə istisna olmaqla. Lakin bu saytlar uzun müddət əvvəl hazırlanmış və yenilənməmiş ola bilər. Crescent Mall isə yeni fəaliyyətə başlamış ticarət mərkəzi kimi təqdim edilən internet saytının daha zəif olması gözlənilməzdir.
Saytdaxili animasiyalar, font seçimi, şəkillərin proporsiyası və responsivliyi qənaətbəxş deyil. Bu cür texniki və dizayn problemləri saytın ümumi təsirini zəiflədir və istifadəçi təcrübəsinə mənfi təsir göstərir. Crescent Mall-ın daha müasir və cəlbedici bir internet saytına ehtiyacı var.
Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Sayt ümumilikdə çox sadə hazırlanmışdır. Fontlar həddindən artıq böyükdür və bu, vizual balansı pozur. Elementlərin proporsiyaları düzgün qurulmayıb, bu da ümumi dizayna mənfi təsir göstərir.
Daxili səhifələrdə şəkillər üçün slider funksiyasının olmaması istifadəçi təcrübəsini məhdudlaşdırır. Şəkilə baxdıqdan sonra yenidən əvvəlki səhifəyə qayıtmaq zərurəti naviqasiyanı çətinləşdirir.
Petrol: Azerbaijan YDM-ləri
İdeya kifayət qədər yaxşıdır və tətbiqin dizaynı da normal hazırlanmışdır. Tətbiqin App Store platformasına əlavə edilməsi də faydalı olardı, çünki bu, daha geniş istifadəçi kütləsinə çatmağa imkan verərdi.
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində qiymətlər demək olar ki, eynidir. Buna görə də tətbiq əsasən məntəqələrin yerini öyrənmək və ya müəyyən əlavə xidmətləri yoxlamaq üçün istifadə oluna bilər.
Tripocell Travel İnternet
Tətbiqin rəng seçimi və UI/UX dizaynı yüksək səviyyədə hazırlanıb. Vizual cəlbedicilik və funksionallıq baxımından uğurlu bir iş ortaya qoyulub. İstifadəçi dostu interfeys və yaxşı düşünülmüş dizayn tətbiqi həm istifadədə rahat, həm də estetik baxımdan gözəldir.
Baku City Life
Tətbiqin avtobus marşrutlarının və gündəlik istifadə üçün zəruri məkanların yer məlumatlarının daxil edilməsi funksiyası çox faydalıdır və istifadəçilərin ehtiyaclarını qarşılamağa yönəlmişdir.
Lakin dizayn baxımından tətbiq köhnə görünüşə malikdir. İnterfeysdəki şəkillərin vahid üsluba uyğun olmaması vizual harmoniya çatışmazlığı yaradır. Bu şəkillərin daha müasir və estetik baxımdan cəlbedici ikonlarla əvəz edilməsi tövsiyə olunur.
Tətbiqin gələcəkdə App Store platformasında da təqdim edilməsi geniş istifadəçi auditoriyasına çatmaq baxımından mühüm addım olardı.
Osmansoy səhifəsi
Fərqli mövzularda maraqlı və müxtəlif kontentin paylaşılması müsbət haldır. Lakin videolarda işıqlandırmanın zəif olması və video üzərindəki mətnlərin sadə üslubda təqdim edilməsi kontentin cəlbediciliyini azaldır.
Tövsiyə edərdim ki, mobil videografiya üçün istifadə olunan avadanlıqlara diqqət yetirilsin. Yüksək keyfiyyətli işıqlandırma cihazları, peşəkar yaxa mikrofonları və müasir video montaj proqramlarından istifadə edilməsi videoların keyfiyyətini və peşəkarlığını artıracaqdır.
Azer Garib Personal blog
Azər müəllim bu sahədə fəaliyyət göstərən blogerlər arasında aparıcı şəxslərdən biridir. Onun paylaşımları arasında həm peşəkar şəkildə çəkilmiş kontentlər, həm də birbaşa telefonla çəkilmiş materiallar yer alır.
Tövsiyə edərdim ki, Highlights bölməsi üçün maraqlı və cəlbedici dizayna malik ikonlar hazırlanaraq, həmin bölmədə diqqətçəkən və faydalı məzmun yerləşdirilsin.
Səyahət blogu
Maraqlı məkanlar, yüksək keyfiyyətli kontent, gözəl rakurslardan çəkilmiş video və fotoşəkillər, hətta fon musiqisindəki sözlər belə diqqətəlayiqdir. Bütün bu elementlər birlikdə gözəl bir təəssürat yaradır. Uğurlarınızın davamını arzulayıram.
Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Videolardakı montaj və keçidlər çox uğurludur. Fotoşəkillərdəki yumoristik paylaşımlar səhifəyə əlavə maraq qatır və izləyicilər üçün əyləncəli bir atmosfer yaradır. Highlights bölməsinə daha çox diqqət yetirilməsi bu hissənin daha vizual cəhətdən cəlbedici və faydalı olar.
huseynmammadsalahov
Müəllif həm maarifləndirici, həm də endirim və kampaniyalar haqqında məlumatları təqdim edir. Videoların üzərindəki yazıların daha cəlbedici və diqqət çəkici olması, paylaşımların daha gözəl və təsirli olmasına kömək edər.
İZ Azərbaycan
Dron çəkilişlərinin keyfiyyəti və ustalığını bəyəndim. Bu cür çəkilişlər ölkəmizin tanınmasına əhəmiyyətli töhfə verir. Müəllifə tövsiyə edərdim ki, videoların rəng korreksiyasını daha parlaq və rəngarəng etmək üzərində işləsin. Hazırda bəzi videoların rəngləri solğun görünür və bu, vizual təsiri zəiflədir. Rənglərin daha canlı olması kontentin daha cəlbedici və dinamik görünməsinə kömək edər.
Shams.nuray (Travel influencer)
Çəkiliş, postların dizaynı və montaj ümumilikdə orta səviyyədədir. Highlights bölməsinin mövcud olmaması diqqət çəkir. Əlavə etməyinizi tövsiyə edərdim.
Digital Expo Center
Sayt WordPress CMS üzərində, Elementor konstruktoru vasitəsilə hazırlanıb. Bu yanaşma, saytın sürətli və asan şəkildə qurulmasına imkan verir, lakin hazır dizayndan və dizayna uyğun hazır kodlaşdırmadan istifadə olunub.
Verbooze
İdeya baxımından sayt maraqlı və maarifləndirici xarakter daşıyır. Lakin qeyd etmək lazımdır ki, saytın yerli bir sayt olmadığı anlaşılır. Çünki domen qeydiyyatı GoDaddy.com, beynəlxalq domen qeydiyyatı və satışı ilə məşğul olan bir şirkətə aiddir. Həmçinin, əlaqə nömrəsi yerli nömrə deyil.
Taskool
Gözəl hazırlanmış bir saytdır. Lakin bəzi məsələlərdə dəyişikliklər etsəniz, daha gözəl olar. TIP - İhtisaslaşma bölməsindəki arxa fon Pattern Landscape Style seçimi, saytın üslubuna uyğun deyil. SteamHub bölməsindəki ikonları eyni üslubda, daha kiçik və yaxşı dizaynla hazırlasanız daha uyğun olar. Daxili slider şəkilləri saytın strukturuna uyğun olaraq, həmin ölçüdə hazırlanması mümkündür. Şəkillər ümumilikdə eyni üslubda olsa, daha estetik görünər.
Ainisa
Həm dizayn, həm kontent, həm də ideya baxımından gözəl hazırlanmış bir saytdır. Lakin bir əlavəm olacaq. Saytın qara rejimində "Nə üçün ChatGPT yox, Aynisə?" bloku ağ rəngdə görünür. Bu bloku qara rejimə uyğunlaşdıraraq, daha estetik və harmonik bir görünüş əldə etmək mümkündür. Uğurlar!
Cyberross
Sayt yerli deyil. Sayt daxilindəki əlaqə nömrələri Azərbaycan operatorlarına aid deyil. Ümumilikdə sayt normal səviyyədədir. Lakin ana səhifədə istifadə olunan şəkillərin keyfiyyətini və dizaynını dəyişdirmək daha uyğun olar.
Div Academy
Sadə dizaynlı bir saytdır. "Gələcəyini necə inşa etmək istəyirsən?" bölməsindəki bütün ikonlar eynidir və bu, vizual müxtəliflik baxımından təkmilləşdirilə bilər. Sayt DataLife Engine CMS üzərindən hazırlanıb. Fullstack Proqramlaşdırma tədrisi verən bir akademiya üçün, öz saytını yazması və dizaynını yaratması daha uyğun olardı.
DIGITAL DRIVING ACADEMY
Hazırda ölkəmizdə çox vacib və ehtiyac duyulan bir tədris sahəsidir. Sayt ümumilikdə normal hazırlanıb. Uğurlar!
Linky
Dizayn yaxşı hazırlanıb və virtual business card layihəsi üçün kifayət qədər məlumat mövcuddur. Lakin daxili səhifələrdə çox sayda reklam yerləşdirilməsi, saytın statusunu aşağı salır. Saytın əsas məqsədi abunəlik üzərindən gəlir əldə etməkdir, lakin reklamlar ümumi saytın dizaynını pozur. Həmçinin, istifadəçi səhifəsini bəyənmədim.
EduSoft - Təhsil mərkəzi idarə etmə platforması
Onepage tipli sayt üçün təqdim olunan məlumatlar kifayət qədər azdır. Saytın başlığında WhatsApp düyməsi və əsas şəkilin keyfiyyətində və kəsimində problemlər mövcuddur. Sayta demo funksiyasının əlavə edilməsi, istifadəçi rəyləri və müştərilər haqqında məlumatların daxil edilməsi saytı daha cəlbedici və məlumatlandırıcı edərdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı
Sayt WordPress CMS üzərindən hazırlanmış hazır template-dən istifadə edilərək tərtib olunub. Sadəcə olaraq məlumatlar əlavə edilmiş və qurulmuşdur.
Onsual
Bəyəndim. Sadə və minimalistik üslubda hazırlanmış saytdır. Saytda individual ikonlar, gecə gündüz rejimi, vizual izahlar və FAQ bölməsi mövcuddur. Uğurlar!
Anlar.az
Dizayn zəif hazırlanıb, baxmayaraq ki, hazır CMS (Tilda) istifadə olunub. Sliderin yüklənmə sürəti gecikir. İstifadə olunan şəkillərin ölçüsünü optimallaşdırmaq lazımdır.