Scapp
Mobil tətbiqə daxil olmaq mümkün deyil. İlkin olaraq heç bir yerdə coğrafi məhdudiyyətlərin olması göstərilmir.
Dream Scent parfum atelyesi
Bir çox yazılar Azərbaycan dilinə tərcümə olunmayıb. Dizayn darıxdırıcıdır, rəng səhv seçilmişdir. Məhsula görə çeşidləmə var, lakin filtr yoxdur. Çat rus dilində açılır. Şablonu yeniləməyi və daha müasirini seçməyi məsləhət görürəm.
Tacir.PRO
Saytınızın dizaynını yeniləməyi məsləhət görürəm. Yükləmədən məhsula onlayn demo girişini açın. Proqramı yükləmək imkanı verməzdən əvvəl məcburi qeydiyyat əlavə edin.
Onlayn uşaq geyim mağazası
Saytın PC versiyasında loqotipi sol tərəfə yerləşdirməyi məsləhət görürəm. Qiymət filtri yuxarıda yerləşdirilməlidir. Onlayn ödəniş tapmadım. Baş səhifədə bölmənin üzərinə kursor gətirdiyiniz zaman ikon rəngi qara qalır - onu ağa dəyişmək lazımdır. Məhsul axtarışı düzgün işləmir. Saytda məhsul axtarışına daha çox diqqət yetirməyi və məhsulların sayını artırmağı tövsiyə edirəm.
OUR Host - Azərbaycan Host Provayderi
Əsas səhifədə məhsul seçdiyiniz zaman bir qiymət, səbətə getdiyiniz zaman illik qiymət daha yüksək olur. Domen seçib alarkən xəta verir "404 Not Found".
E-standart
Default olaraq saytın Azərbaycan dili əvəzinə rus versiyası açılır. Diqqəti yayındıran lazımsız elementlər yoxdur. Önizləmə funksiyası var.
Karcher Azerbaijan
Bəzi sözlər azərbaycan dilinə tərcümə olunmayıb və ingilis dilində qalıb ("View cart" / "Checkout" / "Click here to login"). Məhsulların kataloq səhifəsində heç bir filtr yoxdur (tapa bilmədim). Eyni səhifədə məhsulların özündən daha çox mətn məlumatı var. Hazırda (06.12.24 14:04) sayt çox ləng açılır və bəzi məlumatlar yüklənmir.
İtaldizain
Default olaraq saytın Azərbaycan dili əvəzinə rus versiyası açılır. E-ticarət üçün ənənəvi yanaşma deyil. Birinci səhifədə kataloq, səbət və ya digər elementlər yoxdur. Məhsulu almaq (sifariş vermək) üçün müştəri özü nömrəyə zəng etməlidir. “Geri zəng / bir klik” funksiyasını etməyi məsləhət görürəm.