RU
Facebook
// EKSPERT ŞURASI
Elçin BAYRAM

Creative Director
AzCoin Team Member

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi

4
4
4

Azərbaycan Respublikasının Ali Məhkəməsi

4
3
5

Dövlət Məşğulluq Agentliyi

5
5
5

Smart Customs

5
5
4

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi

4
4
3

Azstand

2
2
2

Competition

3
2
3

E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

1
1
1

Azstand

4
4
3

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları

3
1
3

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi

4
3
3

Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı

5
4
3

e-Customs

5
4
4

its.gov.az

5
4
4

e-Tabib

4
3
2

Dövlət Gömrük Komitəsi

5
5
5

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

5
5
5

"ABAD" publik hüquqi şəxs

4
3
2

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

5
5
5

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

4
4
3

Qadinkimi saytı

4
1
1

Üzləşmə (Podkast)

5
5
5

Corpowid Rəqəmsal Müyəssərlik Həlləri

5
4
4

OWASP BAKU

2
1
1

Bacararsan.az

3
1
1

Initiativs Azerbaijan

2
2
1

Story.1az

5
5
4

Şəki təqvimi

3
2
1

"Mənzil 111" kanalı

4
4
2

Gələcəyi Yazanlar

4
1
1

AZSAFFRON

5
4
4

Sharaf Media reklam agentliyi

4
4
4

BERC&Partners

3
3
2

AzərTərcümə - peşəkar tərcümə xidmətləri

3
2
2

Novex Group

4
3
4

Okmedia

4
3
3

MyContact rəqəmsal vizit kart

5
4
4

Baku Prod

4
3
3

WOX.az Webde Operativ Xidmət

3
2
2

Vhstudio Veb Agentlik

3
3
3

Global Management

5
5
5

Technovate-Sabah Angel Investors Club

3
3
2

Fikir Coworking

3
3
3

TEORIA

4
3
3

SABAH.HUB

4
3
4

Aspen Group korporativ sayt

3
3
2

AzInCloud

3
2
2

BIRAİNY MMC

5
5
5

Elulaeng

3
3
3

SABAH.HUB

5
5
4

Marketing Talks

5
4
3

Business by Umico

4
4
4

FA Company - HoReCa xidmeti

2
2
1

Tripocell

4
4
3

All in One Technologies

3
2
2

ABB Mobile

5
4
5

FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi

4
3
3

AzeRates

5
3
4

BİNA HESABI

3
3
3

Billing and Collection

3
2
2

Sizinlombard.az

3
3
3

Parabokt.az

3
3
3

PSI Money

5
4
3

MUHASIB.AZ

2
2
1

OUR Host - Azərbaycan Host Provayderi

4
5
3

E-standart

4
3
3

serbest.az

5
3
4

İtaldizain

3
3
3

Karcher Azerbaijan

2
2
1

Coffeein

5
4
4

Dream Scent parfum atelyesi

3
3
2

Onlayn uşaq geyim mağazası

3
3
2

SnackPack

5
5
5

Gamenotebaku

4
4
4

Scapp

5
3
3

Tacir.PRO

5
5
4

MathYouCan

2
1
1

Elnur Khalilov

4
2
4

Dahi.az - Oyun Əsaslı Təhsil Platforması

5
3
1

Hüseyn Məhərrəmov

3
2
1

HireMood

4
3
3

Div Academy - instagram hesabı

4
4
4

EduSoft - Təhsil mərkəzi idarə etmə platforması

1
1
1

Div Academy

3
3
2

Agrohub

5
4
4

SmartAbituriyent

3
2
2

Linky

1
1
1

KidFi

5
4
5

Voices.az

5
4
2

Taskool

5
4
4

Onsual

5
4
5

Jalal-I tədris mərkəzi

3
2
1

e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi

3
3
2

Verbooze

1
1
1

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı

5
5
4

Ekurs

2
2
1

Anlar.az

4
3
3

YUSPACE

5
4
4

Star Colleges

4
3
3

twelfy

3
2
2

GearDYP: Sürücülük imtahanı

4
4
3

Ainisa

5
3
4

Cyberross

1
1
1

DIGITAL DRIVING ACADEMY

5
4
3

Digital Expo Center

3
1
1

Courses

4
3
3

Onsual

4
4
4

Albert Eynişeydi

5
5
4

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

3
2
2

Triptotrip

3
2
1

TUR.AZ - TUR SİFARİŞİ , TURLAR

2
1
1

huseynmammadsalahov

5
5
4

Avia.az

3
1
1

Crescent Mall

3
3
3

Dr. Ağa Ağazadə

2
2
1

Йога в Баку

3
3
2

First Step Tourism

3
3
2

Azer Garib Personal blog

5
4
3

Tripocell Travel İnternet

5
4
4

Osmansoy səhifəsi

4
3
3

Səyahət blogu

5
5
4

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

3
1
1

"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı

3
2
1

Trips.az

4
2
2

Hilal Abdullayeva ilə qrup turları

2
2
1

Hilal Abdullayeva

4
4
3

Petrol: Azerbaijan YDM-ləri

5
4
3

İZ Azərbaycan

5
5
4

German Hospital

2
1
1

Shams.nuray (Travel influencer)

4
3
3

Baku City Life

4
3
3

Texno Blog

3
2
1

Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar

4
4
3

Şahdağ xalqları

2
2
1

Рoскошная жизнь в великолепном месте.

3
2
2

Şəki Ensiklopediyası

3
2
2

Liman

4
3
4

Azerbaijan Media

3
1
1

Baku TV

5
5
5

Bayramoff

3
3
2

"Azərbaycan müəllimi" qəzetinin saytı

4
4
4

Baku.News

3
3
3

Radio Baza

2
1
1

Vüsal Məmmədzadə YouTube kanalı

4
3
3

Baku.ws

5
4
4

Ekosular.az

3
2
1

MUSİQİ LEKTORİYASI

1
1
1

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.

1
1
1

Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana

1
1
1

"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı

5
4
4

Peşəkar fotoqraf Paparazzi.az

3
2
2

Fomo Baku

3
3
3

DinləKitab audio-kitab layihəsi

5
4
3

QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı

5
5
4

Alleqoriya

5
4
4

Yurdumun sənət eşqi

4
4
4

Podkast kimi adam

4
4
4

Gilavar Foto Klubunun veb-saytı

3
2
1

Retro Archive

1
1
1


ŞƏRHLƏR

Competition
Logodakı yazılar həddindən artıq çoxdur. Saytda digər dillərə keçid etdiyimizdə logo və bəzi sistem mətnlərinin digər dillərə tərcümə edilmədiyini görürük (digər, daha çox, faydalı linklər və s.). Rus dili versiyasında həddindən artıq çox problemlər aşkarlanır. Slayder gecikir və açılmır. Əlaqə bölməsi işləmir. Azərbaycan dilində yazılar qalıb. Bölmələrinin əksəriyyəti boşdur. Məlumat yerləşdirilməyib. Validator-da qeyd olunan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fcompetition.gov.az%2Fru%2F

Azstand
Main menu çox həssasdır. Digər bölümlərdə saytda fəaliyyəti davam etdirmək üçün çətinlik yaradır. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir. Standart axtar bölümündə Sözlə axtar motoru işləmir. 20-ə yaxın mövcud sözləri əlavə edib axtardım. Tapmadı. Slayderdə arxa fonda gedən logolar fikri yayındırır. Ümumiyyətlə slayder saytın qismət estetikliyini pozur. Əsas səhifənin Top menyusu ilə digər bölümlərin top menyusu fərqlidir. (yazıların ölçüləri, buttonların style-ı və s.) Faydalı keçidlər bölümündəki yazılar çox xırdadır. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir.

"ABAD" publik hüquqi şəxs
Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir. Bəzi bölümlərdə məlumatlar PDF reader vasitəsi ilə verilib. Bəzi bölümlərə keçid zamanı yüklənmələr yaşanır. Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fabad.gov.az%2F

its.gov.az
(UI/UX) Estetik görünüş: Saytın dizaynı minimalist və rəsmi üslubda hazırlanıb, bu da dövlət qurumu üçün uyğun hesab edilə bilər. Lakin bəzi bölmələrdə daha müasir elementlərdən istifadə oluna bilərdi. Naviqasiya: Menyular və bölmələr aydın şəkildə strukturlaşdırılıb. Amma bəzi istifadəçilər üçün bəzi məzmunun tapılması çətinlik yarada bilər. Məzmun: Dövlət qurumu saytı olaraq xəbərlərin və məlumatların daim yenilənməsi vacibdir. Ötən ay ərzində cəmi 8 xəbər əlavə edilib. Saytın digər dillərində keçid etdikdə, xəbərlər və Toxunduğumuz həyatlar bölümləri bütün dillərdə Azərbaycan dilindədir.

Dövlət Gömrük Komitəsi
Vətəndaşlar üçün faydalı resursdur. Bir ziyarətçi üçün demək olar ki, bütün suallara cavab var. Normal funksionallığa malik saytdır. Ümumi test göstəricilərinin nəticələri normal səviyyədədir. Yenilənmiş versiyada xüsusəndə ÖZÜN ET bölümünü çox bəyəndim. Uğurlarınızın davamını diləyirəm.

E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Tətbiqi Google Play-dən yükləməyə çalışdım, yükləndi lakin işləmir. Silmə düyməsi aktivləşir. Təəssüf ki, bu vəziyyətdə qiymətləndirə bilməyəcəyəm.

e-Tabib
Mobil tətbiqlərin onlayn analiz platformalarında müşahidə edilir ki, tətbiq əsasən yuxarı yaş qrupları tərəfindən istifadə edilir. Bu səbəbdən də tətbiqə daxil olma tam sadələşdirilməlidir. Mobil tətbiq yalnız Azərbaycan dilindədir. Onlayn növbə bölümü demək olar ki işləmir. Play və App Store da tətbiqə geniş şikayətlər daxil olmasına baxmayaraq görünən odur ki, hər hansı bir tətbiq görülməmişdir.

Azstand
Hörmətli iştirakçı, yuxarıda səhifənin URL-ni səhv qeyd etmisiniz. Hazırda: https://www.facebook.com/azstand.gov.az?mibextid=LQQJ4d - bu link qeyd edilib. Lakin, klik etdiyimizdə bu səhifə tapılmır. Manual axtarış etdiyimdə əslində səhifənin https://www.facebook.com/@azstandart.gov.az - bu link altında fəaliyyət göstərdiyini müşahidə etdim. Tövsiyyə edirəm URL-i redaktə edəsiniz. Əks təqdirdə səhifəniz tapılmamaqdadır. Səhifədə dinamiklik mövcud deyil. Son paylaşım 10 gün öncə edilib. Messenger aktiv deyil. Yazılan şərhlərə cavab verilmir. Qısa keçid linklərindən bəziləri aidiyyatı üzrə keçidləri təmin etmir.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
Vahid üslub mövcud deyil. Dövlət xidmətinin rəsmi səhifəsi olmasına baxmayaraq xarici linklərdən, digər Dövlət qurumlarının, xidmətlərinin və yerli medianın rəsmi səhifələrindən paylaşımlar edilir. Tövsiyyə olunur ki, hər bir postun məzmununu və media fayllarını özünüz hazırlayasınız. Hazırki vəziyyətdə paylaşılan post yetərincə kütləyə çatmır. Kontenti media fayllarla zəngiləşdirmək və səhifədə formal davranmamaq tövsiyyə olunur

Bacararsan.az
Faydalıdır. Lakin, cəmi 7 video dərslik mövcuddur. Məzmun artırılmalıdır. Uzun müddətdir yenilənmir.

Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
Faydalı platformadır. Haqqımızda bölümündəki video çarx bütün dillərdə ingilis dilində əlavə edilib. Video çarxda izahedici mətnlər yer almaqdadır. Tövsiyyə olunur ki, saytın hər bir dil versiyasında həmin dilə uyğun şəkildə video hazırlanıb əlavə edilsin. Uğurlarınızın davamını arzulayıram.

Qadinkimi saytı
Sayt veb dizayn adına çox zəyifdir. Retina nəzərə alınmayıb. Responsiv deyil. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Təəssüf ki, rəqiblərilə müqayisədə qiymətləndirmək olmadı.

Gələcəyi Yazanlar
Təşəbbüs olaraq faydalı təşəbbüsdür. Lakin, vebsayt adına zəyifdir. İnfo single page kimi durur. Saytda heç bir button işləmir. Heç bir bölümə keçid etmək mümkün deyil.

OWASP BAKU
OWASP BAKU -a aid bir rəsmi vebsayt olmadığı üçün, həmçinin təqdim olunan linkdə ancaq ingilis dilində məlumat təqdim edildiyi üçün qiymətləndirmədim.

Initiativs Azerbaijan
Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. Təəssüf ki, yalnız ingilis dilindədir. Sayt düzgün işləmir. Gecikmələr var. Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fwww.initiativs.com%2F

Story.1az
Maraqlı təşəbbüsdür. Səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Önə çıxan aktual hekayələr bölümlərini kateqoriyalarla aktivləşdirməyiniz, məsələn: Şəhidlər, Tarixi abidələr, Kəş edilməmiş abidələr, Tanınmış şəxslər və s. kimi başlıqlarla aktual bölümlər yaradaraq hekayələrdə paylaşılanları daha əl çatan edərək aktivliyi daha da artıra bilərsiniz. Fəaliyyətinizdə uğurlar arzu edirəm.

Şəki təqvimi
Vahid üslub mövcud deyil. Məzmunlar demək olar ki xarici keçidlərdən ibarətdir. İnsanların əlverişli faydalanmaları üçün aktual mövzularla, maraqlı məzmunlarla, keyfiyyətli media fayların istifadəsi ilə postların hazırlanması tövsiyyə olunur.

"Mənzil 111" kanalı
İzləyicilər ilə əlaqə qurmağınız tövsiyyə olunur. Şərhlərə demək olar ki, cavab vermirsiniz. Onlara qoşularaq aktivliyi və maraqları artıra bilərsiniz. Həmçinin Call to Action (CTA) - Hər videonun əvvəlində və ya sonunda izləyiciləri kanalınıza abunə olmağa dəvət etməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar

BERC&Partners
Sayt vebdizayn adına zəifdir, Bir az qarışıq və yorucudur. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır. Dizayn edərkən menyu elementlərindən biri seçilmiş formada olmalıdır ki, ziyarətçi saytın hansı səhifəsini və ya bölməsini oxuduğunu bilsin. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir. Saytda yalnız yazılar çoxluq təşkil etməkdədir. Multimedia fayllar demək olar ki, bir neçə yerdə mövcuddur. Menyuda həddindən artıq keçidlər mövcuddur və qarışıqdır.

MyContact rəqəmsal vizit kart
Maraqlı startapdır. Rəng, şrift və qrafika vahid üslubda olması tövsiyyə olunur. Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır.

Tripocell
Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır. Seçim düzgün deyil. Normal funksionallığa malik saytdır. Xəbərlər bölümü main menu-a əlavə edilməsi tövsiyyə olunur. Xəbərlər bölümündə istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.

SABAH.HUB
Fərqli layouta və normal funksionallığa malik bir vebsaytdır. Maraqlı tərtib olunmuş və məzmun olaraq boldur. Sabah.Fund-da "Biz yetişdiririk Gələcək" və s. dəyişən sözlərlə qurulmuş cümlə qrammatikaya uyğun deyil. Şirftlər də Ə hərfini dəstəkləmir. Əsas səhifə kodlarında 2 və 22-ci sətirlərə diqqət yetirməyiniz tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fsabahhub.com%2F - Fəaliyyətinizdə uğurlar arzu edirəm.

AzInCloud
Responsivdir lakin, retina tam nəzərə alınmayıb. Xəbərlər bölümü boşdur. Əlaqə bölümündə telefon qeyd edilməyib. Məzmun baxımından zəif təsir bağışlayır.

Fikir Coworking
Sadə dizayna və normal layouta malikdir. Retina qismən nəzərə alınıb. Məzmunu artırmağınız tövsiyyə olunur.

FA Company - HoReCa xidmeti
Sayt veb dizayn adına çox zəifdir. Məzmunun yenilənməsinə ehtiyac var. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır

AZSAFFRON
Normal dizayna malik vebsaytdır. Bir ziyarətçi üçün bütün suallara cavab var. Rahatdır. Tövsiyyə edirəm xəbərlər bölümünü aktivləşdirəsiniz. Həmçinin məhsulu səbətə əlavə etdikdən sonra sifarişə keçid bölümündə qeydiyyatdan keçmədən ödəniş edərək sifariş etmək mümkün olmur. Tövsiyyə olunur ki, qeydiyyatsız sifariş təcrübəsinidə gözdən keçirəsiniz. Fəaliyyətinizdə uğurlar arzu edirəm.

Novex Group
Məzmuna diqqət artırılmalıdır. Xəbərlər və Karyera bölümləri uzun müddətdir ki, yenilənmir. Sayt sadə və rahatdır.

Global Management
Bu saytı çox bəyəndim. Fərqli dizayn edilib. Normal funksionallığa malik saytdır. Maraqlı tərtib olunmuş və məzmun olaraq boldur. Peşəkar işlər görürsünüz. Fəaliyyətinizdə bol müvəffəqiyyətlər arzu edirəm.

WOX.az Webde Operativ Xidmət
Məzmuna diqqət artırılmalıdır. Mexaniki səhvlər aradan qaldırılmalı, bir neçə texniki problemlər yenidən optimizasiya edilməlidir. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib.

TEORIA
Sayt maraqlı tərtib olunub. Məzmuna diqqət yetirmək lazımdır. İşlərlə bağlı yenilikləri blog bölümündə göstərməyiniz tövsiyyə olunur. Saytın istifadəsi zamanı bəzən haqqımızda bəzən də əlaqə bölmələrinin üzərinə klik etdiyimizdə Java da problem yaranır.

BIRAİNY MMC
Əla hazırlanmış vebsaytdır. Məzmun boldur. Qüsursüz sayt kimi qiymətləndirmək olar. Uğurlar

Aspen Group korporativ sayt
Saytda istifadə olunan iconaların ölçüləri, rənglər və şrift balanslaşdırılmalıdır. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. Sonuncu xəbər 2 il öncə paylaşılmışdır. Sayt ümumiyyətlə 10 il öncə hazırlanmış saytları xatırladır.

All in One Technologies
Vebsayt vebdizayn adına zəifdir. Slayderdə açıq tonlu şəkillər keçid etdiyi zaman, Top-da olan elementlər, Logo, menu icon, buttonlar görünmür. İtir. Bu nəzərə alınmalıdır. Sosial şəbəkə iconları uyğunsuz yerdə alt-alta yerləşdirilib. Yeri dəyişməlidir. Xidmətlər və Həllər bölümündəki icon ölçüləri balanslaşdırılmalı, şrift isə uyğun ölçüyə salınmalıdır. UI/UX təkmilləşdirmələrə ehtiyac var. Navigasiya: Menü strukturunun daha intuitiv və vizual vurğularla zəngin olması istifadəçi təcrübəsini yaxşılaşdıra bilər. Responsivlik: Mobil uyğunluq təkmilləşdirilə bilər, kiçik ekranlarda bəzi elementlərin ölçüləri balanssızdır.

Baku Prod
Saytının dizaynı və istifadəçi təcrübəsi (UI/UX) ilə bağlı ümumi təəssüratlar: Sayt minimal və peşəkar görünür, lakin rənglərdə daha güclü kontrast UX-i yaxşılaşdıra bilər. Navigasiya: Kateqoriyalar yaxşı təşkil olunub, lakin menyunun daha nəzərəçarpan olması istifadəçi üçün rahatlıq yaradar. Mobil Uyğunluq: Sayt responsivdir, lakin bəzi elementlər mobil ekranlarda kiçik və sıx görünür. Main menu saytın üst panelində aktiv görünməsi olunur. Məzmunun artırılmasına ehtiyac var

Elulaeng
Sayt ancaq rus dilindədir. COM zonası altında fəaliyyət göstərir. Sayta daxil olduğumuzda AZNET-də xidmət göstərməsinə dair hər hansı bir məlumatla qarşılaşmırıq. Əsas səhifə çox qarışıqdır. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib.

Vhstudio Veb Agentlik
Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir. Hər bölümü ayrı-ayrı showcase-lərdə yerləşdirilib. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.

Business by Umico
Saytın dizaynı sadə və funksionaldır, lakin bəzi aspektlərdə təkmilləşdirmə faydalı ola bilər: İstifadəçi rahatlığı üçün menyular daha diqqətəçarpan şəkildə dizayn edilə bilər. Responsivlik: Mobil cihazlarda istifadə üçün bəzi vizual elementlərin ölçüsü və yeri təkmilləşdirilə bilər. Vizual materiallar: Məzmunun daha cəlbedici olması üçün interaktiv vizual komponentlər əlavə etmək olar.

AzərTərcümə - peşəkar tərcümə xidmətləri
Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. Retina optimizasiya olunmalıdır.

Sharaf Media reklam agentliyi
Normal layouta malik vebsaytdır. Single page olaraq fəaliyyət göstərir. Blog istisna olmaqla. Blogda məzmunun mütəmadi yenilənməsi tövsiyyə olunur. Vebsayta daxil olduğumuzda bizi saytın Azərbaycan dili qarşılayır. Lakin, video slayddakı intro mətnlər ingilis dilindədir.

Üzləşmə (Podkast)
Uğurlar arzu edirəm. 1 ildir yaranan bir kanal üçün uğurlu işlər aparmısınız. Təbriklər. Mövzular əhatəli və dərin analizə söykənir. Kommentlərə daha aktiv qoşulmağınızı tövsiyyə edirəm. Təkmilləşmə: Vizual keyfiyyəti artırmaq və daha çox interaktiv element əlavə etmək baxış sayını artırmağa kömək edə bilər.

Marketing Talks
Kanal Azərbaycan dilli auditoriya üçün fəaliyyət göstərirsə, tövsiyyə olunur ki açıqlama bölümündə qeyd etdiyiniz yazını rus dilindən ana dilimizə tərcümə edəsiniz. İzləyicilər ilə əlaqə qurmağınız tövsiyyə olunur. Şərhlərə demək olar ki, cavab vermirsiniz. Onlara qoşularaq aktivliyi və maraqları artıra bilərsiniz. Çapraz əlaqələndirmə: Videolarınız arasında əlaqələr qurulması və "əvvəlki videoları izləyin" kimi çağırışlar edilməsi tövsiyyə olunur. Həmçinin Call to Action (CTA) - Hər videonun əvvəlində və ya sonunda izləyiciləri kanalınıza abunə olmağa dəvət etməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar

SABAH.HUB
Səhifənin təsviri yalnız ingilis dilindədir. Paylaşılan postların hər birində media faylların üzərində mətnlər ancaq ingilis dilində qeyd edilib. Yalnız postun açıqlamasında Azərbaycan dilində mətnlər var.

Technovate-Sabah Angel Investors Club
Səhifə çox qarışıqdır. Vahid üslub mövcud deyil. Bəzən postlar ingilis dilində paylaşılır. Xarici keçid linkləri daha çox istifadə edilir. Fəaliyyətlə əlaqəli maraqlı məzmunlar, yeniliklər və tədbirlər haqqında müntəzəm postlar paylaşılması tövsiyyə olunur. Sonuncu post 1 həftə öncə paylaşılıb. LinkedIn Insights və analitik alətlərdən istifadə edərək səhifənin fəaliyyətini izləyərək və inkişaf etdirmək üçün uyğun dəyişikliklər etməyiniz tövsiyyə olunur.

BİNA HESABI
Normal layouta malikdir. Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.

FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi
Əhali üçün faydalı resursdur. Sadə dizayn olunub. Məzmunun yenilənməsinə ehtiyac var. Məxfilik siyasəti saytın bütün dil versiyalarında Azərbaycan dilində PDF üzərində açılır. Yaxşı olardı ki, hər dil versiyasında o dilə uyğun şəkildə qeyd edilsin.

MUHASIB.AZ
Resurs bir növ xəbər portalını xatırladır. 2010-2012-ci illərin əvvələrində təsadüf edən dizayndadır. Köhnəlmişdir. Ümumi test göstəricilərinin nəticələri orta səviyyədədir. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Məsələn səhifənin optimizasiyası göstəriciləri. Şriftlər, rənglər balanslaşdırılmalıdır. Validator təxminən 300-ə yaxın standarta uyğun olmayan kod sətrləri aşka edib. Onlara nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fwww.muhasib.az%2F

Billing and Collection
Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. "Məxfilik siyasəti və Geri qaytarma siyasəti" bölümləri adi html page üzərində qurulub. Daxil olduğumuzda Header və footer itir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir. Rənglər balanslaşdırılmalıdır.

Parabokt.az
Normal dizayna malik saytdır. Xəbərlər bölümündə ən son xəbər 3 ay öncə edilmişdir. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. Məxfilik siyasəti bölümü mövcud deyil. Maliyyə hesabatları bölümündə əlavə edilmiş PDF fayllar bütün dillərdə Azərbaycan dilində yüklənir. Tövsiyyə olunur ki, hər dilin özünə uyğun şəkildə yerləşdirilsin.

Sizinlombard.az
Normal layouta malik vebsaytdır. Məzmun mütəmədi yenilənmir. Bloqa son əlavə edilmiş məlumat sentyabr ayına təsadüf edir. Kredit ödənişi bölümündə Onlayn ödəniş et bölümünə keçid etdikdə yeni səhifədə açması daha yaxşı olardı. Hətta həmin bölümü o saytınıda yerləşdirməyiniz daha yaxşı olardı. Çünki, həmin bölümə keçid etdikdə istifadəçi sizin saytınızı tərk edir və milli ön-ün saytına keçid edir. Daha sonra harda olduğuna dair çaş baş düşür. Milli Ön-ün səhifəsində isə sizin saytınıza (Sizin Lombard)-a dair hər hansı bir məlumat yoxdur. Sadəcə "GL" yazılır.

ABB Mobile
Faydalı tətbiqdir. İstifadəçilərə rahat və intuitiv bir təcrübə təqdim edir. Dizaynı sadə və müasir olub, əsas funksiyalar bir neçə addımla əldə edilə bilir. Hesab idarəetmə, pul köçürmələri və ödənişlər kimi əsas əməliyyatlar sürətli şəkildə həyata keçirilə bilər. Ayrıca, tətbiqə əlavə edilmiş 2X ƏDV və keşbek imkanları istifadəçilər üçün daha çox fayda təmin edir. Ümumilikdə, dizayn istifadəçi dostudur və funksionallıq baxımından kifayət qədər güclüdür.

AzeRates
Əhali üçün faydalı resursdur. Lakin, təəssüf ki ancaq Android tətbiqi mövcuddur. Tövsiyyə olunur ki, IOS üçündə hazırlansın. Uğurlar

PSI Money
Faydalıdır. Mobil telefonu rus dilində olanlar tətbiqi yükləyib açdığında avtomatik rus dilində olan versiyası ilə qarşılaşır. Valyutanı isə rus rublu ilə təklif edir. Azərbaycan manatını tapmaq isə axtarışla ancaq tapmaq olur. Valyutanı tapıb seçmək istəyəndə hər hansı bir dəyişiklik görünmür. Yaxşı olardı ki, valyutanı seçdikdən sonra dərhal seçildiyinə dair hover yaransın və daha sonra da seçim panelindən step panelinə keçid baş tutsun. Yaxşı olardı ki, tətbiqin IOS versiyasıda fəaliyyət göstərsin. Fəaliyyətinizdə uğurlar.

E-standart
Vebsayt Dövlət və Elektron hökümət nominasiyasında iştirak etsəydi daha məqsədəuyğun olardı. Bəzi sözlərdə mexaniki səhvlər var. Məsələn: "Axtarış filterləri". "Standartların kataloqu" və "İstifadəçi təlimatları" bütün dillərdə Azərbaycan dilində yüklənir. Yaxşı olardı ki, saytın hər dil versiyasında həmin dilə uyğun dildə yüklənsin. Tövsiyyə olunur ki, bloq və ya xəbər bölümü aktivləşdirilsin və sayt buna əsasən mütəmadi şəkildə məzunu yenilənsin. Fəaliyyətinizdə uğurlar.

Onlayn uşaq geyim mağazası
Normal layouta malik vebsaytdır. Baş səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir. Saytı fərqli brauzerlərdə və cihazlarda test etdim. Manatın simvolu mobil cihazlarda göstərir lakin, veb brauzerlərlə daxil olduğumuzda dəstəklənmir. Bunun üçün Saytınızın Unicode kodlaşdırmasını yoxlamağınız tövsiyyə olunur. Elektron ticarət platforması olmasına baxmayaraq "Çatdırılma və Ödəniş" həmçinin "Məxfilik Siyasəti" bölümlərində məlumatlar yoxdur. Bu bölümlərdə məlumatın olmaması sizin və saytın istifadəçiləri üçün bir sıra problemlər (İstifadəçi etimadının azalması, müştəri təcrübəsinin zəifləməsi, hüquqi risklər, neqativ rəylərin yaranması və s) yarada bilər. Bu problemlər həm istifadəçi təcrübəsini zəiflədə, həm də hüquqi və reputasiya məsələlərinə səbəb ola bilər.

Karcher Azerbaijan
Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Javascript menyüdan istifadə nəzərdə tutulursa, o zaman əsas olan keçidlər sayt hər hansı bir yerində əlavə olaraq təkrarlanmalıdır. Adətən bu məqsədlə saytın aşağı hissəsində yer təyin olunur. Saytın üst bölümündə (header) bəzi sözlər ingilis dilindədir. "Register/Login, element, No products in the cart". Həmçinin əlaqə nömrələri həddindən artıq çoxluq təşkil edir. Bu həm saytın estetik görünüşünü pozur həm də istifadəçiləri çaşdırır. Məhsulun texniki şərtlər bölümündə bəzi sistem xanaları rus dilindədir. Rəy əlavə et bölümündə isə ad və şərtlərin qəbulu ingilis dilindədir. Ümumiyyətlə saytın Azərbaycan dili versiyasında çox bölümlərində ingilis və rus sözlərinə rast gəlmək mümkündür. Bunlar aradan qaldırılmalıdır. Alt bölümdə (footer) şirft, rəng və maket tamamilə balanslaşdırılmalıdır. Digər saytlarla müqaisədə göstəricilər aşağı səviyyədədir.

Tacir.PRO
Normal dizayna malik vebsaytdır. Responsivdir. Faydalı resursdur. Kommersiya xidmətləri ilə bağlı istifadə edildiyi üçün məxfilik siyasəti bölümü mütləq vebsaytda öz yerini almasını düşünürəm. İstifadəsi ilə bağlı bol məlumat və məzmunlar öz yerini alıb. Vebsayt .pro domaini ilə fəaliyyət göstərir, lakin video təqdimat və dərsliklərdə .info təqdim olunur. Bu istifadəçilərdə bir az çaşqınlıq yarada bilər. Həmçinin son olaraq bir vəziyyəti qeyd etmək istəyirəm ki, haqqımızda bölümündə istifadə edilən cümlə haqsız rəqabət qaydalarına zidd olaraq düşünülə bilər. Hüquqşünasınızla məsləhətləşməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar.

OUR Host - Azərbaycan Host Provayderi
Baş səhifədə məlumat həddindən artıq çoxluq təşkil edir. Dolğun informasiyalı, geniş multimedia materiallıdır. Bu sahədə bütün suallara cavab var. Ümumi vəziyyəti qənaətbəxşdir. Qeydiyyat bölümünə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir . Bütün səhifələrin eyni üslubda olmasına diqqət yetirilməlidir. Qeydiyyatı davam etməyib logonun üzərinə klik edərək baş səhifəyə qayıtmaq istədiyimizdə Login bölümünə keçid edir və həmin bölümdə bəzi yazılar ingilis dilindədir. Xəbərlər bölümünə sonuncu məlumat avqust ayında yüklənib. Mütəmadi yenilənməsində fayda var.

Gamenotebaku
Maraqlı marketpleysdir. Sürətli işləyir. Normal funksionallığa malik saytdır. Maraqlı tərtib olunmuşdur. Məhsulu səbətə atdığımızda yuxarıda səbət bölümündə hər hansı bir məhsulun olub-olmaması haqqında bildiriş görünmür. Xəbərlər bölümündə sonuncu xəbər aprel ayında əlavə edilib. Mütəmadi yenilənməsi tövsiyyə olunur. NVIDIA səhifəsi tamamilə başqa bir showcase ilə açılır və rus dilindədir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir.

İtaldizain
Vebsayt onlayn kataloq tiplidir. Elektron ticarət mövcud deyil. Bəzi bölümlərə keçid etdiyimizdə əsas menyu sol menyu panelində gizlənir. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.

serbest.az
Faydalı resursdur. Səbətə hər hansı bir xidməti əlavə edib sifarişi vermək istədiyimizdə sistem mətni ilə qarşılaşırıq. "Səhv - Deyəsən, səbətinizdəki məhsul artıq mövcud deyil". Qeydiyyat bölümündə fon ilə logonun rəngləri üst-üstə düşdüyündən logo görünmür. Məqalələr bölümündə sonuncu məqalə 1 il öncə əlavə edilib. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.

Dream Scent parfum atelyesi
Cookies-lərin istifadəsi qaydaları ilə bağlı sistem mətni ingilis dilindədir. Daha ətraflı bölümünə klik etdiyimizdə açılan səhifənin ingilis dilində mövcud olmadığı görünür. Azərbaycan dili versiyasında Səbət bölümü ingilis dilindədir. Tərcümə edilməyib. Bəzi yerlərdə hətta türk dilində yazılara da rast gəlmək olar.

Coffeein
Əlaqə nömrəsi olaraq nar nömrəsi qeyd etdim. OTP mesajı gəlmədi. Daha sonra bakcell nömrəsini qeyd edərək nömrəni əlavə etdim. Push bildirişləri bağlamaq istəyirəm. Dəstəkləmir. Məxfilik siyasəti ilə bağlı bölümü tapmadım. Tətbiq Ui/Ux cəhətdən uğurludur. Tətbiqin istifadəçilərinin sayı azdır. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunmalıdır. Əsasən ASO (App Store Optimization), Google və App Store Reklamları, istifadəçi rəylərindən və referanslardan faydalanma, tətbiqin sosial təcrübə ilə birləşdirilməsi və s. tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar

SnackPack
Faydalı bir startapdır. UX/UI dizaynı sadə və funksionaldır. İstifadəçilər üçün mükafatlandırma (Gamifikasiya) sisteminin olması əladır. Məxfilik siyasəti bölümü mövcuddur. Bu isə məlumat təhlükəsizliyi və performansı şəffaf şəkildə istifadəçilərə təqdim olunmasını göstərir. Bu kimi mobil tətbiqlər ekoloji, iqtisadi və sosial sahələrdə dayanıqlılığı təmin edir. Dünyaya təbiəti qorumaq imkanı, istifadəçilərə sərfəli və məsuliyyətli seçimlər, tərəfdaşlara isə əlavə gəlir və müsbət reputasiya qazandırır. Belə təşəbbüslər gələcək nəsillər üçün daha yaşıl bir planet və daha ədalətli bir cəmiyyət təmin etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Bu kimi startaplara AzNET-də çox ehtiyac var. Tövsiyyələrim, aşağıdakı kimidir: SnackPack-lə bağlı detallı məlumatlandırıcı video animasiya çarxının hazırlanması (bu tətbiqin məqsədini və istifadəsini daha da aydın göstərəcəkdir), Asan qeydiyyat və girişin optimallaşdırılması (sürətli giriş), funksional imkanların genişləndirilməsi, Personalizasiya - İstifadəçinin zövqünə uyğun fərdi təkliflər (məsələn, qida seçimlərinə və ya coğrafi yerə əsaslanan bildirişlər). Bütün fəaliyyətinizdə bol müvəffəqiyyətlər arzu edirəm.

Scapp
Maraqlı təşəbbüsdür. Girişdə dil seçiminin olması əladır. Tətbiqin məzmunda Azərbaycan dili versiyasında olmasına baxmayaraq ingilis dilində bəzi sistem mətnləri ilə rastlaşırıq. Ümumilikdə, dizayn istifadəçi dostudur və funksionallıq baxımından kifayət qədər rahatdır. Məxfilik siyasəti bölümü mövcuddur. Düşünürəm ki, gələcəkdə tək Naxçıvan deyil bütöv Azərbaycan üzrə fəaliyyətini genişləndirərsiniz. Ümumilikdə xırda vəziyyətləri nəzərə almasaq tətbiqi qənaətbəxş hesab etmək olar. Fəaliyyətinizdə uğurlar.

e-Customs
Vətəndaşlar üçün faydalı resursdur. Bir ziyarətçi üçün demək olar ki, bütün suallara cavab var. Sadəcə dizayn olunub və normal funksionallığa malik saytdır. Ümumi test göstəricilərinin nəticələri normal səviyyədədir. İstifadə qaydaları və məxfilik siyasəti bölməsi mütləq qeyd edilməlidir. Saytın beta versiyada olduğunu nəzərə alınır. Saytın rus dili versiyasında bəzi bölümlərin tərcüməyə ehtiyacı var.

Azərbaycan Respublikasının Ali Məhkəməsi
Logonun şrifti və durduğu yer əgər logonun istifadə qaydalarını pozmursa, şriftin qismən oxuna bilirliyinin artırılması üçün müyyən işlər aparılmalıdır. Yazı isə altda deyil sağ tərəfdən istifadə edilə bilər. Xəbərlər bölümündə mütəmadi yenilinmələrə ehtiyac var. Son paylaşım 16 gün öncə olub. Məzmun mütəmadi yenilənməlidir. Tövsiyyə ondan ibarətdir ki, beynəlxalq tərcübələrə dayanaraq Ali məhkəmə sistemlərində tətbiq edilən rəqəmsal yanaşmaları araşdırıb və uyğun olan praktikanı sayta tətbiq etmək olar. Buna bir çox nümunə var.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
Rənglərin balanslaşdırılmasına ehtiyac var. Slayder üzərindəki title-ların ölçülərini qismən kiçildərək standarta salınması vacbidir. Eyni zamanda bunu saytın bir çox bölümlərində yer almış böyük ölçülü button və title-ara da tətbiq etmək olar. Daxil ol bölümündə login, şifrə, daxil ol düyməsi və şifrəni unutdum bölümü var. Lakin, qeydiyyat üçün bölüm mövcud deyil. Maraqlıdır, kimlər üçün istifadə olunur bu daxil ol bölümü? Xüsusi login və şifrə təqdim etdyiniz istifadəçilər var? Menyunun ilk bölümü Nazirlik bölümüdür və bölümdə yer alan bütün sub bölümlərin hər biri xarici keçidlərdən ibarətdir. Xarici keçidlərdəki linklərin də hər biri Nazirliyin digər qurumlarının bölmələridir. Həmin qurumlarında vebsaytları bir-birinə oxşar rənglərdə və üslublardadır. bu saytdan həmin həmin bölmələr üzrə keçid etdikdə ziyarətçi başqa sayta keçid etdiyini hiss etməlidir. Bu keçid aralığına hər hansı bir pausa və ya intro bir məlumatlandırıcı page yerləşdirə bilər. Header-da yan-yana 2 logo var. 1-ci logoya klik etdiyimizdə www.sosial.gov.az - a keçid edir. Bu isə istifadəçiləri çaşdırır. Ya quruma aid olan logonun özü qalmalıdır üst tərəfdə, ya da ki, 1-ci logonun üzərindəki URL-i dəyişərək mövcud saytın URL-i tətbiq edilməlidir.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı
Sayt normal laoyuta malikdir. Müasir üslubda dizayn olunub. İstifadəsi sadədir. Bol məzmuna malikdir. Bir ziyarətçi üçün bütün suallara cavab var. Rahatdır. Saytın ingilis dili bölümü hazır deyil. Onlayn çat bot normal çalışır. Amma operatorla əlaqəni qismən sadələşdirmək lazımdır. Operator, operativ cavablandırır. Footer-in üstündəki "Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz." bölümündəki Wp API-in hazırki linkini http://wa.me/994*********** dəyişərək bir başa keçidi daha da sürətləndirə bilərsiniz.

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi
Slayder də tək şəkil istifadə olunur. Əgər slayder kimi istifadə olunmursa sağa-sola keçid düymələrinin gizlədilməsi tövsiyyə olunur. Slayderdəki şəkil saytın dizayna ciddi təsir göstərir. Tövsiyyə olunur daha keyfiyyəti, sadə bir media fayldan istifadə olunsun. Slayder üzərindəki "Yuxarı icra orqanlarının saytlarına keçid" uğurlu yerdə yerləşdirilməyib. Xəbərlər mütəmadi yenilənməlidir. Əgər sayt multidilli deyilsə yuxarıdakı AZ buttonunun ləğv edilməsi tövsiyyə olunur. . Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fmetrology.gov.az%2Faz

Smart Customs
Vətəndaşlar üçün faydalı resursdur. Bir ziyarətçi üçün demək olar ki, bütün suallara cavab var. Normal funksionallığa malik saytdır. Ümumi test göstəricilərinin nəticələri normal səviyyədədir.

Dövlət Məşğulluq Agentliyi
Uğurlu SMM aparılır. Yanaşma, korporativ üslub, paylaşılan postlar, mesajları cavablandırmalar xüsusi diqqətimi çəkdi. Təbriklər!

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Messenger bölümü aktiv deyil. Bir neçə dəfə ödənişli reklamları qarşıma çıxıb. Lakin, təqdim olunan reklamın nə üçün reklam edildiyi ilə bağlı, hər hansı bir çağırış və s. mövcud deyil. Sadəcə səhifənin abunə sayının artırılması üçün reklam edildiyini düşünürəm. Bu səbəbdən də tövsiyyə olunur ki, Meta ads-in istifadəsini daha səmərəli istifadə edəsiniz. Həmçinin hədəfli reklamlar aparasınız.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Aktiv səhifədir. Mütəmadi yenilənir. Vahid üslubu mövcuddur. Digər səhifələrə baxdıqda auditoriyası genişdir. Messenger bölümü aktivdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi
Postlarda xarici keçidlər daha çox istifadə edilir. Tövsiyyə olunur short URL-dən istifadə edəsiniz. Daha yüksək keyfiyyətli media fayllardan istiafadə etmyəiniz tövsiyyə olunur. Səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Səhifənin aktivliyi istiqamətində Sosial media alətlərindən istifadə etməyiniz, həmçinin səhifənin geniş optimizasiya olunmasına ehtiyac var

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Uğurlu sosial media marketinq aparılmaqdadır. Vahid üslub mövcuddur. Aktiv səhifədir. Mən də həmkarlarımın fikri ilə razılaşıram. Reels-lara daha çox üstünlük verməyiniz tövsiyyə olunur. Ən əsasıda digər platformaların hazırladığı videolarla deyil, sırf müəssisəsinin hazırladığı öz multimedia kontentləri ilə. Fəaliyyətinizdə uğurlar

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
Səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Xarici keçidlərdən istifadə zamanı short url-dən istifadə etməyiniz tövsiyyə olunur.

Okmedia
Baş səhifəni qismən balanslaşdırmağa ehtiyac var. Responsivdir lakin, retina tam nəzərə alınmayıb. Bunun üçün müvafiq düzəlişlərə ehtiyac var. Bloqda məzmunun yenilənməsinə ehtiyac var

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı
Dizayn müasir üslubdadır. Bəzi sistem mətnləri ingilis dilindədir (məs: Bütün xəbərlər bölümündə - load more, xəbərin özünə daxil olduğumuzda - Previous və Next düymələri və s.). Rənglər və şriftlər standart WP style ilə tətbiq edilib. Xüsusi və individual yanaşma mövcud deyil. Tövsiyyə odur ki, şriftlərin rəngləri və ölçüləri balanslaşdırılsın. Ümumilikdə normal vəziyyətdədir. Uğurlar

DIGITAL DRIVING ACADEMY
Faydalı resursdur. Bu kimi platformalara AzNet-də hər zaman ehtiyac var. Qeydlərim: Headerdə logonun ölçüsü standartlaşdırılmalıdır. Main menunun yerləşməsi və şriftin stilinə müəyyən estetik düzəlişlər etmək olar. Videoların yayımlandığı bölümdə borderləri müasir yanaşmaya uyğun dizayn etmək olar. Alt bölümdə (Footer) All Rights Reserved | Terms and Conditions | Privacy Policy ingilis dilində qeyd edilib və üzərlərinə klik etdikdə boş olduğu görülür. Bu bölümlərin yaradılması mütləq vacibdir. Online mağaza bölümündə bəzi təklif olunan məhsulların adları rus dilindədir. Səbətdə ödəniş etmək istədiyimizdə mobil nömrə tələb edilir. Bir sadələşdirilməsi tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar

Ainisa
Faydalı resursdur. Sayt sadə, intuitiv və vizual vurğularla dizayn olunub. Yorucu deyil. Layihənin məqsədi haqqında və istifadəçilərdən gələn dataların istifadəsi ilə bağlı məlumatların yazılması tövsiyyə olunur. Qaydalar və şərtlər həmçinin Məxfilik şərtləri bölümləri ingilis dilindədir.

Digital Expo Center
Subdomaində fəaliyyət göstərir. Təəssüf ki, Azərbaycan dili versiyası mövcud deyil. İngilis dilindədir. AzNET-də fəaliyyət göstərən vebsaytların hər birinin Milli dildə olmasına üstünlük veririk. Privacy policy bölümünə keçid etdikdə tamam başqa bir səhifəyə keçid edilmiş kimi görünür. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir. CMS: WP Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fstands.digitalexpocenter.com%2F

Onsual
Sayt sadə, intuitiv və vizual vurğularla dizayn olunub. Rəng seçimləri, ölçülər hər biri uğurludur. Mobil tətbiqləridə mövcuddur. Layihənin məqsədi haqqında məlumat tapmadım. Tövsiyyə olunur bir bölümdə mütləq bununla bağlı ətraflı məlumat verəsiniz. Fəaliyyətinizdə uğurlar

Verbooze
Vebsaytın AzNET auditoriyasına uyğun olmasını istəyərdim. Yalnız ingilis dilindədir. Domaini Com zonasında fəaliyyət göstərir. Milli İnternet mükafatına layiq görülməsi üçün milli hər hansı bir şey görmürəm.

Voices.az
İdeya olaraq maraqlıdır. Bu gün üçün faydalı, maraqlı saytdır. Lakin, vebsaytın dizaynı və strukturu təkrar gözdən keçirib istifadəçi interfeysini daha da yaxşılaşdırmağınız tövsiyyə olunur. Qeydiyyat tam sadələşdirilməlidir. 3 cümləlik mətni səsə çevirmək istədim. 40 dəqiqədi gözləyirəm. Düşünürəm üzərində işləyərək daha da təkmiləşdirəcəksiniz. Uğurlar

Linky
NETTY-nin əsas məqsədlərindən biri milli seqmentdə Azərbaycanın əhəmiyyətli internet resurslarının inkişafının təşviqindən ibarət olmasıdır. Təqdim etdiyiniz vebsayt ingilis dilindədir. Təəssüf ki, qiymətləndirə bilmədim

Cyberross
Ümumiyyətlə daha çox AZNET-ə və vətəndaşlara xidmət edən resursların qiymətləndirilməsinə üstünlük verirəm. Sayt tamamilə ingilis dilindədir və Azərbaycan ilə əlaqəsini tapmadım. NETTY-nin əsas məqsədlərindən biri milli seqmentdə Azərbaycanın əhəmiyyətli internet resurslarının inkişafının təşviqindən ibarət olmasıdır. Təqdim etdiyiniz vebsayt ingilis dilindədir. Təəssüf ki, qiymətləndirə bilmədim

Div Academy
Vebsayt sadə dizayn olunub. Bəzi estetik yenidən dizaynlara ehtiyac var. Gələcək maaşını hesabla bölümündə çatışmazlıq var. Gündə neçə saat çalışacaqsan bölümündə 5 yazıram 615 manat göstərir, 05 yazıram 600 manat. Gələcəyini necə inşa etmək istəyirsən? bölümündəki başlıqlar ingilis dilində olduğu üçün alt açıqlama qismində bu kursların nədən bəhs edildiyinə dair məlumatların olması yaxşı olardı. Bloqda məzmunu artırmağa ehtiyac var. Mütəmadi yenilənməlidir.

Taskool
Müasir üslubda hazırlanmış maraqlı və fərqli dizayn olunmuş saytdır. Bölümlərdəki media faylların ölçüləri balanslaşdırılmalıdır. Digər vəziyyətlər uğurludur. Fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm

HireMood
Default olaraq Rus dilindədir. Dizayn köhnəlmişdir. Xidmət satışı həyata keçirən bir sayt kimi Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmunun yenilənməsinə ehtiyac var. İndi al düyməsini istifadə etdikdə qeydiyyatsız almaq mümkün deyil.

SmartAbituriyent
Sayt vebdizayn adına zəifdir. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib. Məzmundə yer alan söz birləşmələrində ikinci sözlərin əksəriyyəti böyük hərflərlə yazılıb. Ümumiyyətlə saytın məzmununun yenilənməsinə ehtiyac var. Şriftin dəyişdirilməsi və balanslaşdırılması tövsiyyə olunur

e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi
Əsas menyunun yerləşməsi və düzgün təyinat üzrə işləməsi üçün strukturun dəyişdirilməsi və yenidən gözdən keçirilməsi vacibdir. Menu bölümlərinə klik edərkən Java bəzən işləmir. WP-a yaz bölümündəki API-in hazırki linkini http://wa.me/994*********** dəyişərək bir başa keçidi daha da sürətləndirə bilərsiniz. Saytın ümumi maketini balanslaşdırmağınız tövsiyyə olunur.

Courses
Şrif Ə hərfinin dəstəkləməsi üçün Unicode kodlaşdırmasını yoxlamağınız tövsiyyə olunur. Yeni Kursları kəşf edin - bölümünün alt tərəfindəki yazının rənginin dəyişdirilməsi tövsiyyə olunur. Oxunmur. Saytın məqsədi haqqında məlumat yoxdur. Belə başa düşdüm ki, kursları bir platforma üzrə yığmısınız. Çünki, keçidlərə klik etdiyimizdə tamam başqa vebsaytlara keçid edir. Təqdim olunmuş kursların yaxşı olardı ki elə bir başa üzərlərinə klik etdikdə keçid etmək mümkün olsun.

EduSoft - Təhsil mərkəzi idarə etmə platforması
Formal bir sayt kimi görünür. Haqqımızda bölümü işləmir. Məzmun çox azdır. Sayt vebdizayn adına zəifdir. Təəssüf ki, qiymətləndirmək olmadı.

Anlar.az
Resurs maraqlıdır. Lakin, xidməti istifadəçilərə təqdim etmək üçün maraqlı bir video çarx və yaxud hər hansı bir multimedia imkanlarından, visuallardan istifadə edərək təmin etmək tövsiyyə olunur. Sayta daxil olduğumuzda tam fəaliyyəti dərk etməkdə çətinlik çəkirik. Tilda ilə bağlı həmkarlarımın şərhləri ilə razıyam.

Ekurs
Deyəsən demo versiyadır bu. Sayt Vebdizayn adına zəifdir. Məzmunun mütəmadi yenilənməsinə çox ehtiyac var. Blogda məlumatlar demək olar ki yoxdur. Baş səhifədə buttonlar var. Üzərinə klik etmək də mümkündür. Lakin, keçid yoxdur

Jalal-I tədris mərkəzi
Şrift Ə hərfinin dəstəkləməsi üçün Unicode kodlaşdırmasını yoxlamağınız tövsiyyə olunur. İstifadə olunan multimedia faylları hədsiz keyfiyyətsizdir. Mexaniki səhvlər aradan qaldırılmalı, bir neçə texniki problemlər yenidən optimizasiya edilməlidir. Header-da yerləşdirilən bölümlərin ölçüləri və görünüşü (Bizə zəng, Whatsapp, Kurslar) balanslaşdırılmalıdır

Agrohub
Aqrar sahə üçün faydalı tətbiqdir. Müasir dizayna ehtiyac var. Tətbiqin istifadəçilərinin sayı azdır. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunmalıdır. Əsasən ASO (App Store Optimization), Google və App Store Reklamları, istifadəçi rəylərindən və referanslardan faydalanma, tətbiqin sosial təcrübə ilə birləşdirilməsi və s. tövsiyyə olunur.

Dahi.az - Oyun Əsaslı Təhsil Platforması
Tətbiqdəti texniki problemlər aradan qaldırılmalıdır. Daxil olmaq mümkün olmadı

Onsual
Maraqlı tətbiqdir. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunması tövsiyyə olunur

GearDYP: Sürücülük imtahanı
Yaxşı ideyadır. Lakin, müasir dizaynda yenidən tərtib olunmasına ehtiyac var. Tövsiyyə olunur ki, IOS üçündə hazırlansın. Uğurlar

KidFi
Uşaqların maliyyə biliklərinin erkən yaşdan öyrənilməsi üçün əlverişli bir platformadır. Mənfi tərəflər: Bəzi valideynlər tətbiqin bəzi xüsusiyyətlərini məhdudlaşdırıcı və ya yetərincə intuitiv hesab edə bilərlər. Maliyyə idarəetməsinin kompleks aspektlərini izah etməkdə müəyyən çətinliklər ola bilər.

twelfy
Tətbiqin yenidən dizayn edilməsi tövsiyyə olunur. Rəng, şrift, elementlər və s. düzgün yerləşdirilməyib.

Elnur Khalilov
Kontent gec-gec yenilənməkdədir. Statistik göstəricilərə baxdığımızda nəticələr ürək açan deyil. Bu vəziyyəti göz önündə tutaraq müvafiq addımların atılması tövsiyyə olunur. Kontent isə təəssüf ki ancaq rus dilindədir

Albert Eynişeydi
Baxmayaraq ki, kifayət qədər tanınmış səhifədir amma yenə də səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Kontent hər zaman maraqlı məlumatlarla bol olub. Uzun illərdir fəaliyyət göstərir. Uğurlar arzu edirəm.

Star Colleges
Həmkarlarımın qeydləri ilə razıyam. Vahid üslubda qismən dəyişikliklər etmək lazımdır. Məsələn müxtəlif mövzuları əhatə edən paylaşımların rənglərini, şriftlərini, şəkillərin və elementlərin yerləşdirilməsini bir az fərqli üslubda tərtib etmək yaxşı olardı.

YUSPACE
Maralı özünəxas kontentə malik səhifədir. Tiktokda Azərbaycan auditoriyası üçün belə kanallara ehtiyac var. uğurlar

Div Academy - instagram hesabı
Səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Vahid üslub mövcud deyil. Kontentin keyfiyyətinin artırılması tövsiyyə olunur

Hüseyn Məhərrəmov
Səhifənin fəaliyyətinin nədən ibarət olduğunu anlamaqda çətinlik çəkdim. Gündəlik şəxsi fəaliyyətdən ibarət paylaşımlar var.

Crescent Mall
Tövsiyyə olunur ki, beynəlxalq təcrübəni araşdıraraq müvafiq yanaşmalar tətbiq edəsiniz. Sayt çox qarışıqdır. İstifadə edilən şriftlər bir-birini tamamlamır. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Monitorun ölçüsü 1024x800 olduqda istifadəçilər üçün üçün saytdan istifadə etmək rahat olmalıdır. Kiçik ölçülər üçün (resolution) alternativ dizayn hazırlanması vacibdir. Saytda istifadə edilən multimedia fayllar keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır.

First Step Tourism
Səyahət saytı üçün uğurlu dizayn edilməyib. Bir səyahət saytının veb dizaynı həm funksional, həm də vizual olaraq cəlbedici olmalıdır. Sayt istifadəçiləri tez bir zamanda lazımi məlumatları tapa bilməli, rezervasiya edə bilməli və ilhamlanmalıdır. Dizayn Üslubu - Minimalist dizayn: Çox elementlərlə yüklənmədən, zərif bir görünüş. Rəng palitrası: Səyahətə uyğun ilhamlandırıcı rənglər, məsələn, mavi (sakitlik və göy) və yaşıl (təbiət). Tipoqrafiya: Aydın oxuna bilən, modern fontlar.

Triptotrip
Əsas menyu mövcud deyil. Sayt vebdizayn adına çox zəifdir. Haqqında, məqsəd bölümləri, istifadə qaydaları bölümü yoxdur. Məzmun çox azdır.

Trips.az
Vebsayt ağır işləyir. Uçuş Cədvəli hava limanının saytına keçid edir. Tövsiyyə olunur ən azından yeni xanada (Target blank) açılmasını təmin edəsiniz. Blogda yeni məlumatların əlavə edilməsinə ehtiyac var. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.

Səyahət blogu
İradə xanımı mütəmadi izləyirəm. İradə xanımın yaradıcılığı səyahət həvəskarları, tarix və mədəniyyət ilə maraqlananlar üçün dəyərli bir mənbədir. Fəaliyyətinizdə uğurlar arzu edirəm

"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı
Sayt qarışıqdır. Baş səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir. 2. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. 3. Animasiyalar səhv koordinatla hərəkət edir. Slayderdə istifadə edilən şəkil həvəskarlar tərəfindən hazırlanıb. İstifadə edilən elementlərin ölçüləri balanslaşdırılmalıdır. Sayt ümumiyyətlə ağır işləyir. Analizin cavabı bölümü xarici keçid vasitəsilə təqdim edilir. Açılan url ip üzərindədir və ağır yüklənir.

Avia.az
Sayt formal xarakter daşıyır. Vebdizayn adına zəifdir. Menuda bölmələrin heç biri işləmir. Otellər bölümü Bookingə keçid edir. Footerdəki bölümlərin heç birinə keçid tətbiq olunmayıb. Çatışmayan çox vəziyyətlər mövcuddur. Bilet axtarış bölümünü təyinatı üzrə axtarış tətbiq etdikdən sonra tamam başqa bir sayta keçid edilir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir.

Hilal Abdullayeva ilə qrup turları
Sayt həvəskar formada hazırlanıb. Şriftlər, rənglər, logonun yerləşməsi, üst menu və əsas menunun yerləşməsində struktur səhvləri var. Üst menuda olan bölümlər WP api linkinə keçid verir. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır

Йога в Баку
NETTY-nin əsas məqsədlərindən biri milli seqmentdə Azərbaycanın əhəmiyyətli internet resurslarının inkişafının təşviqindən ibarət olmasıdır. Təqdim etdiyiniz vebsayt rus dilindədir. Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. Şəxsi kabinet bölümü işləmir.

Dr. Ağa Ağazadə
Sayt 2010-2012-ci illərin əvvələrində təsadüf edən dizaynları xatırladır. Məzmun yetərsizliyi mövcuddur. İstifadə edilən şəkillər keyfiyyətsizdir. Rənglər düzgün seçilməyib. Ümumi test göstəricilərinin nəticələri orta səviyyədədir. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Məsələn səhifənin optimizasiyası göstəriciləri.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Həvəskar tərəfindən hazırlanmışdır. Sayt vebdizayn adına zəifdir, Vahid bir tərzi təəssüf ki, yoxdur. Bir az qarışıq və yorucudur. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib. şəkillərin ölçüləri böyükdür. şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.

German Hospital
Dizayn rəngləri balanslaşdırılmalıdır. İlk baxışdan təəsürat onu göstərik ki, sayt tam hazır deyil. Multidil bölümü yer almasına baxmayaraq əlavə dil mövcud deyil. Əgər sayt multidilli deyilsə, həmin bölümün orda mövcud olmasına ehtiyac yoxdur. Həmçinin dillərin yerləşdirildiyi bölümdə uyğun yerdə yerləşdirilməyib. Şəkillər keyfiyyətsiz və eyni üslubda deyil

TUR.AZ - TUR SİFARİŞİ , TURLAR
Elan saytını xatırladır. Dizayn ölkədə tanınmış bir elan saytının tam oxşarında hazırlanıb. Texniki problemlər mövcuddur. Kontent yorucudur. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır.

Tripocell Travel İnternet
Tətbiq istifadəsi sadədir: qeydiyyatdan keçdikdən sonra internet paketlərini aktivləşdirmək və balansı idarə etmək mümkündür. Həmçinin, istifadəçilərə məlumat sərfiyyatını izləmək, uyğun tariflərə baxmaq və internet istifadəsini optimallaşdırmaq imkanı təqdim edilir. Tətbiq hazırda Android cihazları üçün əlçatandır və müxtəlif dilləri, o cümlədən Azərbaycan dilini dəstəkləyir​. Sadəcə tək bir vəziyyət var ki, o da bu nominasiyaya uyğun olmadığını düşünürəm.

Petrol: Azerbaijan YDM-ləri
Eyni vəziyyəti bu tətbiq üçündə demək istəyirəm. Bu nominasiyaya uyğun olmadığını düşünürəm. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunması tövsiyyə olunur

Petrol: Azerbaijan YDM-ləri
Eyni zamanda qeyd etmək istərdim ki, tətbiqin IOS versiyasıda fəaliyyət göstərsin

Baku City Life
Faydalı platformadır. Dizayn çatışmazlığı var. Yenidən baxış keçirilməsi, həmçinin beynəlxalq təcrübələri araşdırmağınız tövsiyyə olunur. Tövsiyyə olunur ki, IOS üçündə hazırlansın. Uğurlar

İZ Azərbaycan
Vahid üslub olmasada, maraqlı kontentlərlə zəngindir. Bəzi postlarda məlumatlar yalnız bir dildədir. Tövsiyyə olunur ki, hər iki dildə də postlar əlavə edilsin. Fəaliyyətinizdə uğurlar arzu edirəm

Azer Garib Personal blog
2 il öncə artıq bu nominasiya üzrə qalib elan edilib. Həmin dövrdən etibarən tövsiyyə olunanların tətbiq olunmaması müşahidə olunur.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Fərdi üslub mövcud deyil. Başqalarına aid məzmunların paylaşımları müşahidə edilir

Osmansoy səhifəsi
Daha peşəkar yanaşma ilə kontentlərin hazırlanması tövsiyyə olunur. Vahid üslubun qurulmasında fayda var.

Shams.nuray (Travel influencer)
Qarışıq olmaması üçün vahid üsluba ehtiyac var. Önə çıxan aktual hekayələr bölümlərini aktivləşdirərək kateqoriyalarla aktual bölümlər yaradaraq hekayələrdə paylaşılanları daha əl çatan edərək aktivliyi daha da artıra bilərsiniz.

Hilal Abdullayeva
Maraqlı kontentlər var. Lakin, vahid üslub yoxdur. Postların əsas şəkillərdə prayslar qeyd edilir. İcra normaldır.

huseynmammadsalahov
Maraqlı faydalı kontentlər var. Əsasəndə şərhlərdə istifadəçilərin kommentlərinə cavab verərək aktivliyi və maraqları artırmağa təşəbbüs var. Uğurlar arzu edirəm

Azerbaijan Media
Ümumiyyətlə daha çox AZNET-ə və vətəndaşlara xidmət edən resursların qiymətləndirilməsinə üstünlük verirəm. Sayt tamamilə ingilis dilindədir. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.

Ekosular.az
Sayt vebdizayn adına zəifdir. Tam optimizasiya olunmalıdır. Üst bölümdə qeyd edilən logolar yersiz yerləşdirilib.

Radio Baza
Default olaraq ingilis dilində açılır. Sayt hazır şablon üzərində qurulub. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir.

Şəki Ensiklopediyası
Bu üslubda beynəlxalq müstəvidə yetərincə populyar olan alternativ platforma fəaliyyətdədir. Müəlliflik hüququ ilə bağlı məlumatlar çox azdır. İstifadə edilən kontentin doğruluğuna dair ətraflı məlumatların verilməsi vacibdir. Alternativ mənbədən oxşar məlumatların olması çoxluq təşkil edir

Bayramoff
Sadə bir bloqdur. Ön səhifədə xəbərin sayı azdır. Kontentin mütəmadi yenilənməsinə ehtiyac var.

"Azərbaycan müəllimi" qəzetinin saytı
Ölçülərin qismən balanslaşdırılmasına ehtiyac var. Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur:https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fwww.muallim.edu.az%2F

Рoскошная жизнь в великолепном месте.
Sayta keçid etdikdə default olaraq rus dili versiyası ilə qarşılaşırıq. Saytda ancaq Sea Breeze ilə bağlı kontent mövcuddur. WP old style-dir. Hazır şablon

Liman
Rahat saytdır. Məzmuna diqqət artırılmalı və mütəmadi yenilənməlidir.

Baku.News
Multimedia fayllarının balanslaşdırılmasına ehtiyac var. Keyfiyyət itkisi olmadan şəkillərin ölçülərini azaltmaq tövsiyyə olunur

Şahdağ xalqları
Həddindən artıq köhnə saytdır. Retina nəzərə alınmayıb. Responsiv deyil. Sayt çox qarışıqdır. Vahid bir tərzi yoxdur

Texno Blog
Primitiv bloqdur. Şəkillərin ölçüləri balanslaşdırılmalıdır. Məzmun mütəmadi yenilənməlidir

Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar
Kanalın tanıtımı üçün məzmunun yüksək keyfiyyətdə saxlanılması, sosial media platformalarında paylaşılması, uyğun qruplarda tanıdılması, hədiyyələr və müsabiqələr təşkil edilməsi, izləyicilərinizlə aktiv əlaqə saxlama və statistikalarınıza əsaslanaraq strategiyanızı optimallaşdırması vacibdir. Fəaliyyətinizdə uğurlar

Baku.ws
Operativ məlumatlar paylaşılır. Vahid üslubu mövcuddur. İllərdir neçə dəfə NETTY qalibi olub. Nə üçün təkrar müsabiqədə iştirak edir, onu anlamağa çalışıram)

Vüsal Məmmədzadə YouTube kanalı
Aktiv kanaldır. Geniş kütləsi və maraqlı kontentləri var.

Baku TV
Baku TV yetərincə məhşur bir kanaldır. Operativ məlumatları ilə mütəmadi yenilənir. Fəaliyyətinizdə uğurlar arzu edirəm

Yurdumun sənət eşqi
İnfo page-dir. Sayt kimi qiymətləndirmək olmaz. Qismən optimizasiyaya ehtiyac var

"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı
Bu kimi vebsaytlara AzNET-də çox ehtiyac var.

Fomo Baku
Sayt aidiyyatı üzrə nominasiyaya əlavə edilməyib. Lakin, üslub olaraq modern üslubda hazırlanıb. Məzmunun mütəmadi yenilənməsinə ehtiyac var

DinləKitab audio-kitab layihəsi
Faydalı platformadır. Rənglər balanslaşdırılmalıdır. Retinanın tətbiqində problem var. Responsivlikdə şəkillərin ölçülərinin balanslaşdırılmasına ehtiyac var. Reklam bannerləri saytın yüklənməsinə səbəb olur.

Retro Archive
Sayt ümumiyyətlə hazır deyil. Hazır olmayan vebsaytın təqdim edilməsini başa düşmürəm(

Gilavar Foto Klubunun veb-saytı
Köhnəlmiş WP şablonudur. Bir foto klub üçün daha kreativ və maraqlı kontentlərlə vebsaytın qurulması yaxşı olardı

MUSİQİ LEKTORİYASI
sadə bir intro page. Yeniləndikdən sonra növbəti müsabiqələrdə təqdim edərsiniz

Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana
2010-2012-ci illərin əvvələrində təsadüf edən dizayndadır. Sayt veb dizayn adına çox zəifdir. Retina nəzərə alınmayıb. Responsiv deyil. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Təəssüf ki, rəqiblərilə müqayisədə qiymətləndirmək olmadı.

Peşəkar fotoqraf Paparazzi.az
Əlavə edilmiş şəkillər maraqlıdır. Bəzi sözlər ingilis dilində qalıb. Sadə Tilda şablonudur. Məzmunun yenilənməsinə ehtiyac var.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.
İllərdir ölkənin müvafiq şəhərlərinin mədəniyyət idarələri bu dizaynda saytları təqdim etməkdədilər. Hər dəfə də buna dair iradlarımızı geniş çatdırmağımıza baxmayaraq hər təkrar yeni eyni dizaynda saytları görməkdəyik. Saytı təqdim edənlərdən rica edirəm bizim şərhlərimizi Mədəniyyət Nazirliyinin məsul şəxslərinə çatdırın ki, regional idarələrin saytları üçün nəzərdə tutulan şablonun artıq yenilənməsinin vaxtı çoxdan çatıbdır.

QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı
Maraqlı kanaldır. Kanalının daha geniş auditoriyaya çatması və təsirli olması üçün Azərbaycan ədəbiyyatı və mədəniyyətinin klassik və müasir mövzularını əhatə edən dərin təhlillər və maraqlı hekayələr təqdim edilməsi, yüksək keyfiyyətli vizuallar və animasiyalardan istifadə edərək məzmunu daha cəlbedici edilməsi, sosial media platformalarında tanıtımları gücləndirilməsi, interaktivlik üçün sorğular və müzakirələr təşkil edilməsi, həmçinin izləyicilərdən gələn təklifləri nəzərə alaraq məzmun strategiyanızı davamlı şəkildə təkmilləşdirilməsi tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar

Alleqoriya
Çox maraqlı bir səhifədir. İzləyicilərin artırılması üçün müvafiq addımların atılmasına ehtiyac var. Fəaliyyətinizdə uğurlar arzu edirəm

Podkast kimi adam
Sevimli kanaldır. Daha çox kütlənin izlənməsi üçün müvafiq SEO addımları atılmalıdır. Uğurlar arzu edirəm



// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ PARTNYOR
INFORMASIYA TƏRƏFDAŞLARI
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY