Netty Award 2016
Mükafat haqqınd
Jüri
Ekspertlər
Akademiya
Tarix
Sual - Cavab
Əlaqə
FB
FB
FB
ru
az
QEYDIYYAT
STATİSTİKA
Saytlar :
86
Baxılma prosesində:
5
Qəbul edilmiş:
76
İmtina edilmiş:
5
Proqramlar :
13
YENİ
MÜSABİQƏ HAQQINDA

NETTY2017 Azərbaycan Milli İnternet Mükafatının keçirilmə qaydalarına uyğun olaraq sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin 3 aprel tarixdən 15 may tarixədək keçiriləcək. 15 maydan 22 mayadək, NETTY2017-in nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.
22 may tarixdə Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından üç nominant seçir, onların seçimi Akademiyanın səsverməsi başlandığı an “Virtual jürinin seçimi” əlavə nominasiyada göstəriləcək) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.
NETTY2017 nominasiyalarının qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər.
Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.

MÜKAFAT HAQQINDA

NETTY-2017 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. «NETTY» mükafatı - başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə  tədbirdir. 2017-ci ildə mükafat 13-ci dəfə keçirilir.

«NETTY – bütün dünyadan yüz minlərlə  İnternet  istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı  veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi  xadimləri  üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY mükafatı bir-neçə il  ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı

RƏSMİ DƏSTƏK
BAŞ PARTNYOR
PARTNYORLAR
MƏLUMAT DƏSTƏYİ
Copyright © Netty.az 2004-2017
FB
FB
FB