11 iyun tarixində Səməd Vurğun adına Rus Dram Teatrında NETTY2014 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatlandırma mərasimi baş tutdu.
Mərasimin iştirakçıları ölkənin iri İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqları oldu.
Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilib. Müsabiqənin baş partnyoru Myvideo.az layihəsidir.
Müsabiqənin partnyorları qismində Microsoft şirkəti, BakuTel sərgisi, Nurlar şirkəti, Ali&Nino kitab mağazaları şəbəkəsi, Happyland şirkəti, KTV1 kabel operatoru çıxış ediblər.
Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən həyata keçirilib. Hüquqi dəstək De Jure hüquq firması tərəfindən aparılıb.
Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az ,Oxu.az, Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com, Friday.az, Cool-agency.com göstərib.
İnformasiya təhlükəsizliyi üzrə partnyor Dr.WEB şirkətidir.