Satış direktoru və reklamçı
Satış direktoru
ŞƏRHLƏR
Qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Tam qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Qiymət verdiyiniz resurslar :
"ABAD" publik hüquqi şəxs
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Competition
4
3
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azstand
4
3
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
its.gov.az
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
e-Tabib
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Dövlət Gömrük Komitəsi
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Smart Customs
5
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
e-Customs
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı
4
4
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azərbaycan Respublikasının Ali Məhkəməsi
4
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
4
4
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi
3
3
2
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
4
4
4
// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Marketing Talks
5
5
4
Saytın əsas problemi slayderin arxa fon fotoları üzərindəki yazıların oxunaqlığını çətinləşdirməsi və bəzi vizual elementlərin, xüsusilə loqolarla üst-üstə düşən yazıların səliqəsiz görünməsidir. Ümumi dizayn boğucu rəng seçimi və şriftlərin müxtəlifliyi ilə vahid görünüşdən uzaqdır. Əsas səhifənin Top menyusu ilə digər bölümlərin menyuları arasında dizayn və ölçü fərqləri var, bu isə istifadə təcrübəsini mənfi təsir edir. Məlumatın bolluğu və qarışıqlığı məlumat tapmağı çətinləşdirir. Axtarış funksiyası effektiv işləmir, istifadəçilər axtardıqları məlumatı tapmaq üçün əlavə vaxt sərf etməli olurlar. Slayder isə saytın ümumi estetik görünüşünü pozur. Bu problemlər saytın həm vizual cəlbediciliyini, həm də funksionallığını zəiflədir, buna görə də dizayn, funksional uyğunluq və texniki struktur üzrə təkmilləşdirmələrə ehtiyac var. İdeya isə yaxşıdır belə bir saytın mövcudluğu sevindirici haldır təkmilləşdirildiyi halda daha faydalı ola biləcəyini dəstəkləyirəm.
Competition
Sayt ağır yüklənmə səbəbindən istifadəçi təcrübəsini çətinləşdirir. Font ölçüləri kiçik, mətnlərdə interval isə böyükdür, bu da oxuma rahatlığını azaldır. Valyuta məzənnəsi üçün daha kiçik yer təyin oluna bilər, faydalı keçidlər isə vizual olaraq diqqət çəkmir. Texniki problemlər arasında "Not Found" xətaları, bölmələrin boş olması kimi səhvlər yer alır. Slayder gecikmə ilə açılır, əlaqə bölməsi də gec açılır, dillərarası keçid zamanı tərcümə problemləri mövcuddur. Saytın dizaynı sadə olsa da, məzmun və funksionallıq baxımından ciddi yeniləmələrə ehtiyac var. Elektron xidmətlərin mövcudluğu müsbət cəhət olsa da, ümumi istifadə rahatlığı və məlumatın əlçatanlığı zəifdir.
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi
Saytın ümumi görünüşü və funksionallığı bir qədər geridə qalmış təsir bağışlayır. Əsas slayder yüklü görünür və vizual elementlər diqqəti yayındırır. Tərəfdaş bölməsindəki loqoların ölçüsü və keyfiyyəti uyğun deyil. Məsələn Oba market loqosunda ağ rəng istifadə olunub və fon səbəbindən demək olar ki loqo görünməz hala düşüb boş bir xana olaraq görünür bölmədə. Xarici dillərə keçidlər aktiv olsa da, faktiki məlumat mövcud deyil və bir çox bölmələr "Məlumat hazırlanır" yazısı ilə əvəzlənib. Saytın bəzi bölmələrində yenilənmələr aparılmayıb. Dövlət bayrağının yarı endirilmiş şəkildə təqdim edilməsi və foto qalereyadakı məqamlar estetik və etik baxımdan diqqətəlayiq problemlər yaradır.Saytın üst hissəsindəki eynək ikonu ilə göstərilən bölmənin nə məqsədi olduğu aydın deyil, bu, istifadəçi təcrübəsini zəiflədir və saytın məqsədini qarışdırır. Şrift ölçülərini dəyişmək üçün təqdim olunan funksionallıq saytın vizual strukturunda böyük dəyişikliklərə səbəb olur, bu da istifadəçinin təcrübəsini pozur. Saytdakı şəkilləri ləğv edən və vizualı rəngsizləşdirən funksionallıq, istifadəçinin saytın təbii dizaynını buraxmasına imkan verir, lakin bu funksiya nəticədə daha keyfiyyətsiz bir təcrübə ilə nəticələnir. Belə bir funksionallıq, istifadəçi təcrübəsini yaxşılaşdırmaq əvəzinə, saytın ümumi görünüşünü zəiflədir və bu da funksionallığın effektivliyini şübhə altına alır. Bu istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac olduğunu düşünürəm.
"ABAD" publik hüquqi şəxs
Sayt rəngarəng və maraqlı dizayna malikdir, lakin texniki və vizual cəhətdən təkmilləşdirilməyə ehtiyac var. Səhifələrin yüklənmə sürəti ləngdir, Sliderdə yazılar şəkillərin üzərində olduğu üçün bəzi slidelarda yazını oxumaq çətinləşir bəzi slidelarda isə şəkillərin üzərinə düşərək görüntünü yararsız edir bu hissəyə yeniləmə olarsa faydalı ola bilər. PDF formatlı məlumatlar məsələsində həmkarıma qatılıram.Həmçinin rənglər və şriftlər bölmələr arasında daha vahid olmalıdır. Partnyorlar hissəsində fon şəkli sanki ölçüyə uyğun deyil deyə genişləndirilib və ikonlar formadan çıxıb. Ümumilikdə yaxşı ideyadır, lakin optimizasiya tələb olunur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
Saytın məqsəd və funksionallığı aydın şəkildə ifadə edilib, istifadəçilər üçün vacib məlumatları əhatə edir. Əsas səhifədə istifadə olunan dizayn müasir və cəlbedicidir. Lakin mavi rəngin tünd tonu vizual olaraq yordu. Dil düyməsinin funksional olmaması və bəzi aşağı bölmələrin yüklənməsi interaktivliyi bir qədər azaldır. Ümumilikdə platforma lazımlı və istifadə üçün rahatdır, lakin daha yaxşı istifadəçi təcrübəsi üçün bəzi təkmilləşdirmələrə ehtiyac var.
e-Customs
Dövlət Gömrük Komitəsinin elektron xidmətlərini bir platformada cəmləşdirməkdə uğurlu fikirdir. Saytın funksionallığı stabil işləyir və istifadəçi təcrübəsi baxımından məqbul hesab edilə bilər. Lakin rus dili versiyasındakı tərcümə çatışmazlıqları nəzərdən keçirilməlidir. Dizayn baxımından sayt minimalist və gözü yormayan bir tərzdə hazırlanıb. Statistik məlumatlarda yüklənmədə biraz gecikmə var.
its.gov.az
Saytın minimalist və rəsmi dizaynı dövlət qurumuna uyğun görünür. Xəbərlərin artırılmasına ehtiyac olması ilə bağlı həmkarımla razıyam. Faydalı keçidlər hissəsində standart ölçü tətbiq etmək lazımdır. Bəzi keçidlər yazıya uyğunlaşmaq üçün böyük bəziləri isə kiçik görünür.
Ümumi isə yaxşıdır uğurlar
Azərbaycan Respublikasının Ali Məhkəməsi
sayt sadə və intuitiv interfeysə malikdir, bu da istifadəçilərin lazım olan məlumatı tez və asan əldə etmələrinə imkan yaradır. Saytın dizaynı həm funksional, həm də rəsmi olaraq məhkəmə saytı üçün uyğun olub, mütəmadi olaraq yenilənir və xəbərlər, elanlar yerləşdirilir.Eynək ikonundan daxil olaraq ölçüləri dəyişdikdə saytın ümumi vizuallığına təsir etmir, yerlər sürüşmür bu müsbət haldır. İngilis dilindəki hissədə bəzi şəkillər yüklənmir, bu da istifadəçilərin məlumat əldə etməsini çətinləşdirə bilər. Ümumilikdə sayt çox informativdir və öz sahəsinə görə dizaynı uyğun və təsirli olub. Uğurlar
Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı
İlk nəzərə çarpan üst hissədə bölmələrdə şriftə kiçik ölçüdə yer verilməsi və boşluğun daha çox görünməsidir. Hətta alt bölmədəki şrift əsas bölmə yə nisbətən daha böyükdür. İstifadə olunan rəng tonu biraz yoruculuq yaradır. Rəng tonlarının və bəzi vizual elementlərin optimallaşdırılması tələb olunur. Saytın məlumat bölmələri və naviqasiyası ümumilikdə yaxşı təşkil olunsa da, bəzi texniki məsələlər mövcuddur.
Dövlət Gömrük Komitəsi
Saytın müxtəlif istifadəçi qruplarına uyğun olaraq strukturu yaxşı təşkil olunub və əsas xidmətlər aydın şəkildə göstərilir. Lakin saytda interaktivlik və vizual elementlərin təkmilləşdirilməsinə ehtiyyac var.Saytın İngilis dilində olan versiyasında bəzi bölmələr Azərbaycan dilində davam edir. Şrift ölçüsü kimi məsələlərlə bağlı həmkarlarıma qatılıram. Ümumilikdə isə yaxşıdır uğurlar arzu edirəm.
Smart Customs
Tətbiq yetərincə yaxşıdır uğurlar arzu edirəm.
e-Tabib
Tətbiqin daha sadələşdirilməsinin tərəfdarıyam. Xüsusən tətbiqə giriş və qeydiyyat daha sadə olsa yaxşıdır. Ümumilikdə uğurlu və faydalıdır.
E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Təkmilləşdirmə vacibdir. uğurlar arzu edirəm.
Marketing Talks
Bəyənərək izlədiyim layihələrdəndir. Məyus edici hal bu cür layihənin podcast olaraq lazımından az izlənməsidir. Səbəb olaraq isə paylaşımlar üzərində yetərincə çalışılmadığını düşünürəm. Sadəcə youtube üzərindən uzun format paylaşılır və nadir hallarda short paylaşımlara rast gəlinir. Lakin 1 saatlıq podcast paylaşımların hər birindən minimum 3-4 short video təqdim etmək olar ki, onlardan ən az biri mütləq video paylaşımından öncə teaser kimi olmalıdır. Videolarda salamlama hissəsi uzun tutulur bu halda müsahibənin ən maraqlı yerindən qısa bir hissə öndə yayım edib daha sonra salamlamadan başlamaq olar. Videoların daxilində maraqlı rubrikalara yer vermək olar. Çağırılan qonaqlardan təcrübələrində olan ən maraqlı keyslərdən biri ola bilər və ya hər hansı tövsiyyələr lakin uzun məlumatlandırıcı cümlələr deyil daha çox qısa və aydın fikirlər ki, bu məlumatları həm də short paylaşım edə bilərsiniz. İstənilən halda bu fikirlər sadəcə izləyicilər üçün maraq artıra biləcək kiçik detallardır inanıram ki, tərəfinizdən bu istiqamətlər düşünülüb və yaxın gələcəkdə lazımlı dəyişikliklərlə daha maraqlı edəcəksiniz. Yekunda isə faydalı və maraqlı hesab edirəm uğurlar arzu edirəm. !