TellMann Show
“TellMann Show” Caspian European Club və Narimanfilm kinostudiyasının birgə layihəsidir. “TellMann Show”-nun qonaqları siyasi xadimlər, dövlət məmurları, səfirləri, yerli və xarici şirkət rəhbərləri, elm və yaradıcı ziyalıların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, nəhəng transmilli, şirkətlərin rəhbərləridir.
“TellMann Show” yaxın və uzaq xaricdəki rusdilli auditoriya üçün nəzərdə tutulub. Əsas diqqət Azərbaycanın tarixinə və ərazi bütövlüyünə, turizm məkanları, milli mətbəx və adət-ənənələrlə bağlı müzakirələrə yönəlndirilib.