Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Javascript menyüdan istifadə nəzərdə tutulursa, o zaman əsas olan keçidlər sayt hər hansı bir yerində əlavə olaraq təkrarlanmalıdır. Adətən bu məqsədlə saytın aşağı hissəsində yer təyin olunur. Saytın üst bölümündə (header) bəzi sözlər ingilis dilindədir. "Register/Login, element, No products in the cart". Həmçinin əlaqə nömrələri həddindən artıq çoxluq təşkil edir. Bu həm saytın estetik görünüşünü pozur həm də istifadəçiləri çaşdırır. Məhsulun texniki şərtlər bölümündə bəzi sistem xanaları rus dilindədir. Rəy əlavə et bölümündə isə ad və şərtlərin qəbulu ingilis dilindədir. Ümumiyyətlə saytın Azərbaycan dili versiyasında çox bölümlərində ingilis və rus sözlərinə rast gəlmək mümkündür. Bunlar aradan qaldırılmalıdır. Alt bölümdə (footer) şirft, rəng və maket tamamilə balanslaşdırılmalıdır. Digər saytlarla müqaisədə göstəricilər aşağı səviyyədədir.