Faydalı tətbiqdir. Vergi ödəyicilərinin şəxsi kabinetə mobil cihaz üzərindən daxil olmasına, məlumatları izləməsinə və ödəniş etməsinə imkan yaratmaqla vergi xidmətlərini daha əlçatan edir. Lakin, daxil olma maksimal sadələşdirilməlidir. Məlumat axtarışı və formaların doldurulması zamanı yönləndirici izahların olmaması, eləcə də hesabat dövrlərində sistemin yüklənməsi tətbiqin istifadəsini müəyyən qədər çətinləşdirə bilər.
ideya qəşəngdir. tətbiqdə Qorxmaz bəy dediyi kimi hal ilə üzləşdim. store-larda da istifadəçilərdən feedback-lər gördüm cavabsız qalıb. təkmilləşdirilmə edildikə məncə orada da cavablanmalıdır və suallar ilə bağlı maraqlanmaq lazımdır
İstifadəçi interfeysi səliqəli və anlaşıqlıdır, bildirişlər və əməliyyat izləmə funksiyaları prosesləri xeyli sadələşdirir. Ümumilikdə, tətbiq vergi xidmətlərinə əlçatanlığı artıran stabil və faydalı rəqəmsal həll kimi qiymətləndirilə bilər.