RU
Facebook
VEBSAYTLAR
// ELEKTRON HÖKUMƏT VƏ RƏQƏMSALLAŞMA
https://www.taxes.gov.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı vergi qanunvericiliyi, elektron xidmətlər, qeydiyyat, hesabat və ödəmə imkanlarını bir məkanda təqdim edir.
https://www.taxes.gov.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı vergi qanunvericiliyi, elektron xidmətlər, qeydiyyat, hesabat və ödəmə imkanlarını bir məkanda təqdim edir.
Paylaş

fikir
məzmun
icra
90
86
81
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

03.12.2025 Emin Yusifov
Очень грустный сайт. Слабое абсолютно всё для 2025. Малый функционал, разные элементы дизайна, плохая навигация, смешение стилей, плохая читаемость (опять монсерат), элементы плохо считываются (эти тени и пр.)

30.11.2025 Elçin BAYRAM
Dövlət Vergi Xidmətinin rəqəmsal platforması məzmun və funksionallıq baxımından çox mühüm rol oynayır və elektron hökumətin əsas infrastruktur elementlərindən biri hesab oluna bilər. Rəqəmsal platforması vergi hesabatlarının təqdim edilməsi, elektron qaimələrin göndərilməsi və digər mühüm əməliyyatların onlayn həyata keçirilməsi baxımından ölkənin rəqəmsal iqtisadi idarəçiliyində əsas rol oynayır. Xidmətlərin funksional baxımdan işlək olması və vahid məkanda təqdim olunması müsbət haldır. Bununla yanaşı, istifadəçi təcrübəsində bələdçi sistemlərin, vizual izahların və xidmətlərin mərhələli təqdimatının azlığı nəticəsində müəyyən çətinliklər müşahidə olunur. Əsas elektron xidmətlər portalı olan new.e-taxes.gov.az platforması rüblük hesabat dövrlərində yüksək yüklənmə səbəbilə məhdud işləyir və bəzən giriş imkanı xeyli zəifləyir. Bu isə həm istifadəçi rahatlığına, həm də iqtisadi fəaliyyətə təsir edə biləcək risk kimi dəyərləndirilə bilər. Platformanın daha dayanıqlı və istifadəçi yönümlü olması üçün server infrastrukturunun pik dövrlərə uyğun avtomatik genişləndirilməsi, interaktiv bələdçi sistemlərinin əlavə edilməsi, mobil versiyada toxunuşa-həssas UX/UI optimallaşdırılması və “mobile-first” yanaşmasının tətbiqi tövsiyə olunur.

30.11.2025 Orkhan Seyidov
Əvvəlki versiyaya ilə müqaisədə daha muasir və rahat görünür. İdeya və məzmun əladir, İcra ilə bağlı fikir bildirə bilməyəcəm aktiv istifadə etmədiyim üçün.

30.11.2025 Mahir Mədətov
sayt son yeniləmədən sonra gözəldir və rahatdır. bircə tez-tez üzləşdiyim çətinlik(mühasibimin bildirdiyinə görə) şəxsi kabinetdə hesabat verilən dövrdə sistemin yüklənmədən donmasıdır ki, bu məqam hər rüblük dövrdə müşahidə olunur. digər məqamlarla bağlı hər şey qaydasındadır.

29.11.2025 Lətif Kərim
Üst menyu, yan menyular, alt menyular, çoxlu keçid blokları istifadəçidə “hansından başlayım?” hissi yarada bilər. Navigasiya daha sadələşdirilə bilər. Sayt dövlət qurumlarına xas olaraq çox geniş məlumat bazasına malikdir və bölmələr sistemli şəkildə qruplaşdırılıb. Rəng palitrası dövlət tərzinə uyğun, rəsmi və stabil görünüş yaradır.

28.11.2025 Mehman İsgəndərov
Saytı ümumilikdə yaxşı hazırlanmış hesab edirəm. Xüsusi vurğulanacaq bir problem görmürəm. Neytral rənglər və rahat interfeys ümumi istifadə təcrübəsini müsbət edir. Tövsiyəm odur ki, ana səhifəyə yüklənən şəkillərin keyfiyyəti artırılsın. Hazırkı şəkillərin keyfiyyəti qənaətbəxş deyil.

27.11.2025 Zaur Dadaşov
Fikir və məzmun yaxşıdır, icra daha da yaxşı ola bilərdi! Uğurlar!

26.11.2025 Qorxmaz Yunusov
Сайт выполняет свою основную задачу - предоставляет официальный, централизованный доступ к налоговой информации и услугам, и делает это достаточно полно. Если пользователь знает, что ищет, скорее всего найдет.

25.11.2025 David Khripunov
Сама идея конечно хороша, в целом тут все хорошо со всех сторон
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY