RU
Facebook
VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ RƏQƏMSAL SAVADLILIQ
https://library.ada.edu.az/en/resources/electronic-collections
ADA Universitetinin Kitabxanası
DA Universitetinin Kitabxanası qabaqcıl texnologiyalardan istifadə edir və müasir texnoloji infrastruktur sayəsində informasiya təminatı sahəsində ön sıralarda yer alır. Texnologiya vasitəsilə biz biliklərin formalaşmasına təsir göstərir, tələbələrimizin öyrənmə və tədqiqat aparma üsulunu dəyişirik.
https://library.ada.edu.az/en/resources/electronic-collections
ADA Universitetinin Kitabxanası
DA Universitetinin Kitabxanası qabaqcıl texnologiyalardan istifadə edir və müasir texnoloji infrastruktur sayəsində informasiya təminatı sahəsində ön sıralarda yer alır. Texnologiya vasitəsilə biz biliklərin formalaşmasına təsir göstərir, tələbələrimizin öyrənmə və tədqiqat aparma üsulunu dəyişirik.
Paylaş

fikir
məzmun
icra
75
67
65
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

03.12.2025 Mahir Mədətov
saytın dizaynı sadədir. bəzi yerlərdə qarışıq. akkaunt olmadan test etmək olmadığından bir qədər çətindir dəyərləndirmək

02.12.2025 Əkbər Əsədov
Faydalıdır lakin istifadə üçün rahat deyil. Vizuallar müasir üslubda təqdim olunub. Ümumilikdə yaxşıdır və faydalı təşəbbüsdür. Sadəcə elm, təhsil istiqamətində saytlarla müqaisədə daha da inkişaf etdirilə biləcəyini düşünürəm. Uğurlar arzu edirəm.

01.12.2025 Elçin BAYRAM
ADA Library müasir akademik infrastrukturu təmsil etsə də, bu nominasiya üzrə təqdim olunan səhifə tam rəqəmsal platforma statusunu daşımır. Nominasiya kriteriyalarına əsasən resurs müstəqil domen, funksional struktur və istifadəçi yönümlü digital platforma kimi təqdim olunmalıdır. Bu səhifə isə universitetin ümumi saytının bir alt kateqoriyası olduğu üçün tam qiymətləndirməyə uyğun deyil. Səhifə yalnız ingilis dilində təqdim edilir və Azərbaycan dilinə lokalizasiya olunmayıb. Bu isə resursun ölkə üzrə geniş istifadəçi kütləsi üçün əlçatanlığını azaldır və milli auditoriyanın rəqəmsal savadlılığına xidmət etmir. Dərin incələmə imkanı məhduddur. Səhifə yalnız informativ təqdimat formatındadır və resurslara giriş ADA sistemi daxilində məhduddur. Xarici istifadəçi üçün nə resurslarla tanışlıq, nə də interaktiv funksionallıq mümkündür. Buna görə də layihə geniş analiz üçün uyğun deyil və nominasiya kriteriyalarına tam cavab vermir. Nəticə etibarilə, bu resursu bu nominasiya çərçivəsində məhdud formatda qiymətləndirmək mümkündür, geniş analizinə ehtiyac duymur. Gələcəkdə bu kitabxananın ayrıca domain və müstəqil platforma kimi təqdim olunması NETTY üçün daha uyğun və obyektiv qiymətləndirmə şansı yaradardı.

30.11.2025 Orkhan Seyidov
Sadə və rahat interfeysi var. sayta daxil ola bilmədiyim üçün detallı baxmaq olmur. Ümumilikdə yaxşıdır.
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY