Fərid Rəsul hazırda Azərbaycanda ən sürətlə böyüyən kontent yaradıcılarından biridir və onun qoyduğu istiqamət, əslində, regional TikTok kontentinin standartını dəyişir. Mən də uzun zamandır izləyirəm. Kontent ümumilikdə çox axıcı, səmimi və vizual olaraq cəlbedicidir. Retro avtomobillərlə dünya turu ideyası isə həm nostalji hiss oyadır, həm də izləyicini real hekayələrin içinə çəkir. Paylaşımlar ardıcıllıqla verildiyi üçün izləyicidə “növbəti seriyada nə olacaq?” marağı yaranır və bu, kanalı davamlı izlənilən edir. Üstəlik, gündəlik vlog üslubu ilə səyahət elementlərinin birləşməsi onu digər yerli kontent yaradıcılarından fərqləndirir və brend kimi özünəməxsus imic formalaşdırır. Uğurlar arzu edirəm
Fərid bəyi hələ uzun illər əvvəldən "İş həmişə var" adlı verilişindən izləyirəm.
Bu indiki layihəsi çox keyfiyyətlidir və maraqlıdır. Sosial mediada da səs salıb məncə. Hər şey yüksək səviyyədədir.
Uğurlar!