RU
Twitter
Instagram
Facebook
// NETTY 2016-in qalibləri təyin olundu
//20.05.2016
NETTY 2016-in qalibləri təyin olundu
NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi. 12-ci NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan etdilər.

NETTY 2016-nın mükafatlandırma mərasiminin rəsmi partnyoru megamart.az  internet dükanı oldu.
Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər. İnternetin Tədbirin yekunu üzrə video hesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək.

Bu ilin qalibləri:


  1. İdman: www.bakucitycircuit.com
  2. Şəxsi səhifə: www.tutudiet.com
  3. Əyləncə: www.igo.az  
  4. Elektron kommersiya: www.arshinmalalan.az  
  5. Korporativ sayt: www.pashatravel.az
  6. Servis-sayt: www.events.az
  7. Cəmiyyət: www.asanyouth.az
  8. Elm və təhsil: www.mk.musigi-dunya.az
  9. İnformasiya və xəbərlər: www.avtostop.tv
  10. Mədəniyyət və incəsənət: www.mugamcompetition.az  
  11. Dövlət saytı: www.metro.gov.az   
  12. Azərbaycan: www.shahdag.az  
  13. şəbəkənin seçimi: www.dns.az
  14. Mobil avadanlıqlar üçün ilin proqramı: Toptable 
  15. İlin İT-hadisəsi: AR Dövlət Gömrük Komitəsinin Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi.
  16. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat: "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri Fərid İsmayılzadə

 

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.
Müsabiqənin partnyorları aşağıdakılardır: megamart.az  internet dükanı, Tabasko Branding Bureau şirkəti  www.facebook.com/tabaskonline. hostinq-provayder SmartHost, KATV1 operatoru, DoctorMap.az layihəsi, BakuTel sərgisi, DeJure.az hüquq portalı.  
Tədbirə İnformasiya dəstəyini Infocity.az, 1news.az , Disput.az, Oxu.az, Gun.az göstərir.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.
Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.

Layihəniz haqqında hər kəsə danışın.
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
EKSKLÜZİV TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2023 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY